İşğal altında olan Qarabağda qanunsuz dislokasiya olunmuş hərbi biləşmədə mütəmadi olaraq işgəncələrə məruz qalan və nəticədə bölmələrimiz tərəfə keçən erməni hərbi qulluqçu, Arayik Hayk Qazaryan cari ilin yanvar ayında orduya çağırılıb.
Eurasia Diary ordu.az-a istinadan xəbər verir ki, Arayikin bir qardaşı var və o, müqaviləli hərbi qulluqçudur.
Məlumatlara görə, Arayik bir müddət öncə məzuniyyət alaraq evə gəlib. Onu görənlər bildirir ki, o, çox pis əhval-ruhiyyədə olub və qulluğundan daim narazıçılıq edib.