Deputatdan Sərdar Cəlaloğluna ağır SÖZLƏR: - "Ayağım belə sənin üzündən çox-çox təmizdir" | Eurasia Diary - ednews.net

20 Avqust, Çərşənbə axşamı


Deputatdan Sərdar Cəlaloğluna ağır SÖZLƏR: - "Ayağım belə sənin üzündən çox-çox təmizdir"

Siyasət A- A A+

"Sərdar Cəlaloğlu iddia edir ki, Fazil Mustafanın FETÖ-çü olduğunu sübut edəcəyəm. Bu cür iddiada olanlara indi və bundan sonra da qısa və açıq mesajımı göndərirəm: öz adıma deyirəm, FETÖ-çü olan namussuzdur, nakişidir. Dəfələrlə bu böhtanı səsləndirən Sərdar Cəlaloğlu da bunu sübut etməsə namussuzdur, nakişidir".

Eurasia Diary xəbər verir ki, bunu deputat fazil Mustafa özünün feysbuk hesabında ADP sədri Sərdar Cəlaloğlunun "Fazil Mustafa FETÖ-çüdür" iddiasına cavab olaraq yazıb.

"Deyir ki, bu barədə bir dəfə yazmaq istədim MTN-ə, dostlar qoymadı. Ay-hay. Sən satdığın adamlar haqqında məlumatları yazanda dostları eşidəydin bari... İndi isə fürsətdir, bütün qurumlara yaz, araşdır, incələ. Bir dəfə bu adama söyləmişdim, sən gündə bir dəfə üzünü yuyursan, mənsə azı beş dəfə ayağımı. Ayağım belə sənin üzündən çox-çox təmizdir. Azərbaycan dövləti də, milləti də gözəl bilir ki, bizim bu dövlətdən, bu millətdən başqa qibləgahımız yox!", - deyə F.Mustafa bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...