"Türkiyənin Xankəndidə konsulluq açması hüquqi baxımdan mümkün deyil".
Bunu Eurasia Diary-ə açıqlamasında deputat Fazil Mustafa eks-deputat Alqış Musayevin Azərbaycanın Ermənistan tərəfindən işğal altında olan Xankəndi şəhərində Türkiyənin konsulluğunun açılması barədə təklifinə münasibət bildirərkən deyib.
“Ümumiyyətlə, bu, ciddi təklif deyil. Yaxşı olardı ki, Türkiyə Xankəndidə hərbi bazasını yaratsın, yaratması istiqamətində də, fəaliyyətə keçsin. Yəni, gələcəkdə bunu etmək lazımdır ki, o baza da, bütövlükdə azərbaycanlıların və ümumiyyətlə dinc sakinlərin normal yaşamını təmin etsin”, - deyə F.Mustafa bildirib.
Vəfa VƏLİYEVA