"Azərbaycan ordusunun zəfər yürüşü uzaqda deyil" Prezidentin köməkçisi

Siyasət 11:50 30.08.2019

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri Əli Həsənov özünün feysbuk hesabında qardaş Türkiyəni Zəfər bayramı münasibətilə təbrik edib.

Eurasia Diary Əli Həsənovun yazısını təqdim edir:

"Qardaş türk xalqı bu gün özünün tarixi Zəfər bayramını qeyd edir. Bu münasibətlə bütün türk xalqını və ictimaiyyətini səmimi qəlbdən təbrik edirəm.

30 avqust 1922-ci il Türkiyənin işğalçı qüvvələr üzərində əldə etdiyi taleyüklü qələbənin simvoluna çevrilmiş şanlı bir zəfər tarixidir. I Dünya müharibəsinin yekununda düçar olduğu ağır məğlubiyyətin şərtləri altında yaşamamaq, öz dövlətçiliyinin varlığını dünyaya və işğal güclərinə qəbul etdirmək üçün döyüş meydanında ciddi bir zəfər lazım idi. 26 avqust 1922-ci ildə Mustafa Kamal Paşanın komandanlığı altında başladılan “Böyük Taarruz” (“Böyük Hücum”) belə bir zəfəri təmin etdi. 

Bu qələbə sübut etdi ki, türk xalqı öz gələcək müqəddəratını işğal güclərinin ona qəbul etdirməyə çalışdıqları şərtlər, coğrafi çərçivə daxilində deyil, özünün müəyyən etdiyi siyasi coğrafiyanın hüdudları daxilində təyin etmək qüdrətindədir. Mustafa Kamal Paşanın sözləri ilə desək, bu qüdrət türk xalqının damarlarından axan nəcib qanda mövcud idi. Bu qələbə hər şeydən əvvəl milli iradənin, kuvayi-milliyeni (milli qüvvələri) bu iradə ətrafında birləşdirərək vətən naminə səfərbər etmə əzminin nümayişi idi. 

30 avqust zəfərinin nəticəsi olaraq müasir Türkiyənin siyasi hüdudları, misaqi-milli coğrafiyası cızılmış və türk dövlətçiliyinin yeni - respublika mərhələsi başlanmışdır.
Bizim üçün qürurverici haldır ki, I Dünya müharibəsi illərində də- Çar Rusiyanın tərkibində olduğu zaman, Xalq Cümhuriyyətinin qısa müddətli tarixində də, hətta müstəqilliyin yalnız nisbi atributlarına malik olduğu sovet hakimiyyətinin ilk illərində belə Azərbaycan xalqı qardaş türk xalqından öz köməyini əsirgəməmiş, doğma qardaşlarına gücü çatan maddi və mənəvi yardım göstərmiş, Osmanlı ordusunun, sonra isə türk müqavimət hərəkatının sıralarında minlərlə soydaşımız qəhrəmanlıqla döyüşmüş və həlak olmuş, müasir Türkiyənin istiqlalı naminə canlarını fəda etmişlər. Bu mənada 30 avqust bizim üçün həm də xalqlarımızın qardaşlıq, düşmənə qarşı birgə mübarizə əzmini özündə əks etdirən milli yaddaş tarixi olaraq əhəmiyyətlidir. 

Biz Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticəsi olaraq Azərbaycan ordusunun günü-gündən güclənərək, dünyanın ən qüdrətli 50 ordusu sırasına daxil olmasında türkiyəli qardaşlarımızın verdiyi dəstəyi həmişə yüksək qiymətləndiririk. Şanlı ordumuz onun qarşısında qoyulan müqəddəs vəzifəni- işğal altında olan torpaqlarımızın azad edilməsi missiyasını şərəflə yerinə yetirmək gücündə olduğunu 2016-cı ilin aprel döyüşlərində sübut etmişdir.
İnanıram ki, müzəffər Türk ordusunun 30 avqust 1922-ci ildə “Böyük hücumu” zəfərlə başladığı kimi, Azərbaycan ordusunun da işğal altındakı torpaqlarımızı azad etmək uğrundakı böyük ZƏFƏR YÜRÜŞÜ uzaqda deyil!"

 

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq -VIDEO
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
15:16 26.04.2024
Hamısı