Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.
Eurasia Diary xəbər verir ki, bu barədə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral məlumat verib.
Səfirin sözlərinə görə, Ərdoğanın səfəri oktyabr ayına planlaşdırılır.
Qardaş ölkənin dövlət başçısı həmin ayda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək.