Əli Həsənov: “Mən məhz bu reallığı anlatmağa cəhd etmişəm…”

Siyasət 12:17 04.09.2019

“Dünən Facebook səhifəmdə paylaşdığım bir məqalədə 1993-cü ilin yay-payız aylarında Azərbaycanda yaşanmış faktiki hakimiyyətsizliyin doğurduğu acı fəsadlara toxunmuş və bu fəsadları aradan qaldırmaq üçün ümummilli lider Heydər Əliyevin həmin vaxt hansı ciddi maneələri dəf etməsindən bəhs etmişdim. Qeyd etmişdim ki, hakimiyyəti və ölkəni məsuliyyətsizcəsinə taleyin hökmünə buraxaraq sabotaj yolunu tutmuş ozamankı AXC-Müsavat hökumətinin bəzi rəhbər şəxsləri öz fəaliyyətsizliklərinin acı nəticələrini illər sonra onların özünü belə fiziki məhvolmadan xilas etmiş şəxsə və komandaya yükləməklə davam etməyə çalışırlar”.

Eurasia Diary xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov özünün "Facebook" səhifəsində yazıb.

Əli Həsənov daha sonra bildirib:

“Belə şəxslərin əsassız ittihamlarına cavab olaraq yazdığım həmin məqaləni təhlil edən bəzi müxalif bloqçular nədənsə yazıda sadalanmış ciddi faktları və arqumentləri arxa plana ataraq, oxucuların diqqətini 1993-cü ilin avqust ayında keçirilmiş referendum aktı üzərində fokuslamağa, sanki bununla ozamankı məsuliyyətsizliklərinə haqq qazandırmağa çalışırlar. 

Bəli, avqustun 29-da referendum aktı olmuşdu və mən o zaman Heydər Əliyevin rəhbəri olduğu YAP-ın fəal üzvlərindən biri olaraq və aktiv vətəndaş mövqeli şəxs kimi, əlbəttə ki, bu proseslərdən xəbərdar idim. Həm də sadəcə xəbərdar deyildim, yaxından müşahidə etmək imkanına malik idim. Referendum aktını zəruri edən səbəblər o zaman kifayət qədər idi. İlk növbədə, Azərbaycanın xariclə əlaqələrini tənzimləmək üçün hüquqi əsas lazım idi. Ozamankı xarici diplomatların ölkədəki faktiki siyasi durumu legitimləşdirmək üçün etdiyi çağırışlar da unudulmayıb. Lakin təəssüflə təkrar xatırlatmağa məcburam ki, Azərbaycanın daha çox xarici diplomatik əlaqələrini tənzimləmək, xarici tərəfdaşlarla danışıqlarda “legitim və faktiki hakimiyyəti olmayan dövlət” imicindən qurtulmaq üçün məcburən gedilmiş referendum ölkə daxilində vəziyyəti tam nəzarətə götürmək üçün yetərli olmamışdı. Çünki, bir tərəfdən Əbülfəz Elçibəy təkidlə özünü yeganə seçilmiş prezident elan edir, Ali Sovetin müvafiq qərarını, eləcə də sonradan keçirilmiş referendumun nəticələrini qəbul etmir, digər tərəfdən ona sadiq parlament üzvləri və məmur korpusu Heydər Əliyevə öz parlament sədri səlahiyyətlərini icra etməyə bu və ya digər maneələr yaradır, vəzifələrini dondurur, dövlət idarələrinin işini sabotaj edirdilər. Digər tərəfdən ilin sonuna qədər ölkənin sərhəd bölgələrində separatizm təhlükəsi davam edirdi. Yaranmış hüquqi anlaşılmazlıqları, məmur korpusunun sabotaj cəhdlərini, silahlı qüvvələrin başıpozuqluğunu aradan qaldırmaq üçün tanınmış ziyalıların Kələkiyə etdikləri səfərlər də nəticəsiz başa çatmışdı.

Parlamentdə aparılmış müzakirələrdə silahlı qüvvələrin Heydər Əliyevə deyil, baş nazirə tabe edilməsi haqda anlaşma əldə edilmişdi. Lakin silahlı qüvvələr üzərində nəzarət yalnız baş nazirdə də deyildi, Ələkrəm Hümbətova, Rövşən Cavadova, ayrı-ayrı səhra komandirlərinə tabe olan silahlı birliklər də mövcud idi. Anlaşma da heç bir vahid hüquqi fəaliyyət ehtiva etmirdi, çünki Azərbaycanın o zaman düşdüyü vəziyyətdə hüquqi addımlar atmaq mümkünsüzləşmişdi, bəzən ümumi qənaətlər, parlament tribunasında edilən şifahi çıxışlar hüquqi aktları əvəz edirdi. “Bütün ölkənin reqlamenti pozulub, qanunlar pozulub, bunu siz etmisiz, amma indi siz parlamentdə reqlamentinin pozulmasına irad tutursunuz”- “Demblok” deputatlarından birinin dediklərinə verilmiş məlum cavab ozamankı hüquqi anarxiyanın ən gözəl izahı idi.

Məqalədə mən, həm də ordu olmadan atılması mümkün olan, bəlkə də bir çox hallarda qeyri-mümkün görünən addımlar- hüquqi anarxiya və özbaşınalığın, separatizmin, ölkənin siyasi xəritədən silinmə təhlükəsinin, vətəndaşların fiziki təhlükəsizliyinə olan təhdidlərin, beynəlxalq blokadanın və s. aradan qaldırılmasını sadalamışam.

Lakin, hamıya məlumdur ki, əraziləri hakimiyyət uğrunda siyasi mübarizəyə cəlb edilmiş başıpozuq hərbi dəstələrlə, vahid nizami ordu olmadan qorumaq mümkün deyildi. Yalnız Heydər Əliyev oktyabrda prezident seçildikdən, hüquqi anlaşılmazlıqlar və silahlı qarşıdurmalar nisbətən ardan qalxdıqdan sonra ölkədə ciddi ordu quruculuğuna başlanması mümkün oldu ki, bu haqda da məqalədə qeyd edilib. Həmin mərhələnin başlanğıcı dövlət başçısı Heydər Əliyevin radio və televiziya ilə Azərbaycan xalqına 2 noyabr 1993-cü il tarixli müraciəti ilə qoyuldu.2 noyabr 1993-cü il tarixli müraciət təkcə hərb quruculuğu deyil, həm də Azərbaycanın dövlət quruculuğu sahəsində tarixi əhəmiyyət daşıyan proqram səciyyəli çıxış idi.

Mən dünənki məqaləmdə məhz bu reallığı anlatmağa cəhd etmişəm…”

 
NİİM əhaliyə müraciət etdi – VİDEO

Xəbər xətti

Əgər Rusiya bu ərazini işğal etsə...
Əgər Rusiya bu ərazini işğal etsə...
10:30 26.04.2024
NİİM əhaliyə müraciət etdi – VİDEO
10:23 26.04.2024
ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
08:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Hamısı