Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan nüvə gücünə sahib ölkələrin Türkiyənin nüvə silahına sahib olmasını əngəlləmələrinin qəbul edilməz olduğunu bəyan edib.
Eurasia Diary-nin Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, Sivasda Orta Anadolu İqtisadi formunda çıxış edən Ərdoğan "birilərinin əlində nüvə başlığı var, bir dənə deyil, iki dənə deyil. Amma mənim əlimdə nüvə başlığı olmasın! Mən bunu qəbul etmirəm!" - deyərək, Türkiyənin nüvə başlığına sahib olma niyyətini açıq bir şəkildə ortaya qoyub.
"Hazırda dünyanın inkişaf etmiş bütün dövlətləri nüvə silahına sahibdir. Adını çəkməyəcəm, biri hazırda prezident deyil, səfərdə olduğum zaman mənə "Bizə belə-belə deyirlər ki, mənim əlimdə bu dəqiqə 7 min 500-ə qədər nüvə başlığı var, amma, Rusiyanın, Amerikanın əlində 12 min 500, 15 min nüvə başlığı var, mən də belə edəcəm". Baxın, harada nəyin yarışındadırlar, bizə də "aman ha, sən etmə" deyirlər. Baxın, gözümüzün önündəki İsrailin nüvə başlığı varmı? Var. Hər kəsi onunla qorxudur".