Ankarada Prezident İqamətgahına çağrılan 30 böyük şəhər bələdiyyə başqanı toplantısında ilginc bir an yaşanıb.
Belə ki, Prezident Rəcəb Tayyib Ərdoğan zala girərkən bələdiyyə başqanları daha öncədən hazırlanmış üzərilərində adlarının yazılı olduğu stullardan ayağa qalxıblar. Ərdoğandan sonra yerlərinə oturan başqanlardan İstanbul Böyük Şəhər Bələdiyyə başqanı (İBB) Əkrəm İmamoğlunun oturduğu stulun ayağı qırılıb və İmamoğlu yerə yıxılıb.
Eurasia Diary "sözcü"yə istinadla xəbər verir ki, qırılan stul gülüşmələrə səbəb olarkən İmamoğlu ilə Ərdoğan arasındakı zarafat diqqət çəkib.Gülüşmələrə qoşulan Ərdoğan “Biz bir şey etmədik, stulu sən qırdın. Parasını ödəməlisən, yoxsa bu israfa girər” deyib. Gülüşmələrdən sonra İmamoğlu yeni gətirilən stula oturarkən bu sözlərə “ikinci dəfə oturduğumda daha sağlam otururam" deyə cavab verib.