Novruz Məmmədov Gürcüstanın yeni baş nazirini təbrik edib | Eurasia Diary - ednews.net

16 Sentyabr, Bazar ertəsi


Novruz Məmmədov Gürcüstanın yeni baş nazirini təbrik edib

Siyasət A- A A+
Azərbaycanın Baş Naziri Novruz Məmmədov gürcüstanlı həmkarını təbrik edib. 
 
Eurasia Diary xəbər verir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, N.Məmmədov Gürcüstanın Baş Naziri vəzifəsində fəaliyyətə başlaması ilə əlaqədar Giorgi Qaxariyaya təbrik məktubu ünvanlayıb.
 
Qeyd edək ki, Gürcüstanın baş naziri Mamuka Baxtadze sentyabrın 2-də istefa verib. Bundan sonra hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyası hökumət başçısı vəzifəsinə daxili işlər naziri Giorgi Qaxariyanın namizədliyini irəli sürüb. Sentyabrın 3-də Gürcüstan parlamenti G.Qaxariyanın namizədliyini təsdiqləyib. 
 
Sentyabrın 9-da isə Gürcüstan Prezidenti Salome Zurabişvili G.Qaxariyanın baş nazir vəzifəsinə təyin olunması barədə fərman imzalayıb.

 

 
 
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...