Azərbaycan BMT-ni erməni təcavüzünə son qoyulması üçün təcili tədbirlər görməyə çağırır

Siyasət 09:53 14.09.2019

Beynəlxalq birlik tərəfindən xəbərdarlıq və qınaqlara, habelə Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanması üçün səylərin davam etməsinə baxmayaraq, Azərbaycanın işğal olunmuş ərazilərini müstəmləkələrə çevirməyə və ilhaq etməyə yönəlmiş qərəzli hərəkətlər səngimir. Məsələn, işğal edilmiş ərazilərə gəlmə sakinlər yerləşdirilir, həmin ərazilərdəki tarixi və mədəni irs məhv edilir və ya mənimsənilir, istismar və talan edilir, aktivlər, təbii resurslar və digər sərvətlər qanunsuz ticarət obyektlərinə çevrilir.

Eurasia Diary Azərtac-a istinadən xəbər verir ki, Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev bu fikirləri sentyabrın 12-də BMT Təhlükəsizlik Şurasının illik məruzəsinə (A/73/2) baxılmasına həsr edilmiş Baş Assambleyanın plenar iclasındakı çıxışında söyləyib.

Yaşar Əliyev öz çıxışında qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 24-cü maddəsinin tələblərinə əsasən, Təhlükəsizlik Şurasının illik məruzələrinin Baş Assambleyada müzakirəsi BMT üzvü olan dövlətlərdən ötrü Şuranın işi barədə fikir mübadiləsi aparmaq və xüsusi diqqət tələb edən problemli sahələri üzə çıxarmaq üçün mühüm platformadır. Təhlükəsizlik Şurası öz funksiyalarını yerinə yetirərkən BMT-nin üzvü olan bütün dövlətlərin adından hərəkət edir. Buna görə də BMT-nin daha geniş auditoriyaya eşidilmək imkanları verilməlidir. Y.Əliyev bəyan edib ki, Azərbaycan bu baxımdan bəzi hadisələri müsbət qiymətləndirir, Təhlükəsizlik Şurasının transparentlik səviyyəsinin, üzv dövlətlərin daha geniş auditoriyası ilə onun qarşılıqlı fəaliyyəti üçün səylərin artırılacağına ümid edir.

Azərbaycanlı diplomat bildirib ki, dünya birliyinin sülhə və təhlükəsizliyə təhdidlərlə üzləşdiyi indiki vaxtda beynəlxalq hüquq qaydalarının möhkəmləndirilməsi və bütün səviyyələrdə səylərin ikiqat artırılması tələb olunur. Bunun üçün beynəlxalq hüququn hamılıqla qəbul edilmiş, dövlətlərarası münasibətləri tənzimləyən norma və prinsiplərinə ciddi riayət edilməlidir. Təhlükəsizlik Şurasının fəaliyyətinin səmərəli olması üçün ilk növbədə onun qərarlarının yerinə yetirilməsi tələb olunur. Bu baxımdan, üzv dövlətlərin öhdəlikləri BMT Nizamnaməsinin 25-ci maddəsində dəqiq şərh edilib. Y.Əliyev vurğulayıb ki, Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq suveren dövlətlərə qarşı qanunsuz güc tətbiq etmək və bununla əlaqədar ərazilər əldə olunması halları davam edir. Lakin bu heç də o demək deyildir ki, belə vəziyyət Şuranın fəaliyyətində məqbul praktika sayıla bilər.

Məlum olduğu kimi, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə yekdilliklə qəbul edilmiş 822, 853, 874 və 884 nömrəli qətnamələrində Azərbaycana qarşı güc tətbiq edilməsini, onun ərazilərinin işğal olunmasını, mülki şəxslərə hücumlar edilməsini, Azərbaycanda yaşayış məntəqələrinin bombalanmasını pisləyib, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, onun beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət bəslədiyini, ərazilər ələ keçirilməsi üçün güc tətbiq etməyin yolverilməz olduğunu bir daha təsdiqləyib. Bu qətnamələrdə Təhlükəsizlik Şurası Ermənistanın ərazi iddialarına və zorakı hərəkətlərinə cavab olaraq Dağlıq Qarabağın Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olmasını təsdiq edib, bütün işğalçı qüvvələrin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Təhlükəsizlik Şurasının dörd qətnaməsi, habelə Şuranın sədrinin yeddi bəyanatı məhz Ermənistan tərəfindən Azərbaycana qarşı silahlı təcavüzün və Azərbaycan ərazilərinin işğal edilməsinin nəticəsi olub. Bu qətnamələrdə törədilmiş əməllər, bunun nəticəsində yaranmış qeyri-qanuni vəziyyətə son qoyulması üçün öhdəliklərin və vəzifələrin yerinə yetirilməməsi vurğulanır. Ermənistanın hərəkətləri qanunsuz güc tətbiq edilməsi kimi təsnif olunur və onun Azərbaycan ərazilərinə iddiaları tamamilə əsassız hesab edilib. Digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı qərarlar və sənədlər də eyni kontekstdə tərtib olunub.

Məsələn, münaqişənin nizamlanmasına və bu məqsədlə aparılan danışıqlara kömək etmək tapşırılmış ATƏT-in Minsk qrupu Azərbaycan ərazilərinin tutulması və işğalı ilə əlaqədar öz bəyanatında göstərir ki, güc tətbiq edilməklə hər hansı şəkildə ərazilər əldə edilməsi tanına bilməz və ərazinin işğal olunması beynəlxalq aləmdə tanınmaq və ya hüquqi statusun dəyişdirilməsi üçün istifadə edilə bilməz. Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin rəhbəri vurğulayıb ki, Təhlükəsizlik Şurasının əsas tələbləri indiyə qədər yerinə yetirilməyib və bunun bilavasitə nəticəsi kimi həll edilməmiş münaqişə, onun hərbi və humanitar nəticələri sülhü, təhlükəsizliyi və inkişafı təhdid altında saxlamağa davam edir.

Bu fonda Ermənistanın həmin qətnamələrin aktuallığını azaltmaq, onların məqsədini və məzmununu təhrif etmək cəhdləri müşahidə olunur. Ermənistan münaqişənin nizamlanması prosesinə daim əngəl törədir, mütəmadi olaraq yerlərdə vəziyyəti gərginləşdirməyə və mövcud status-kvonun möhkəmlənməsinə yönəlmiş müxtəlif provokasiyalara əl atır. Bu yaxınlarda baş vermiş bəzi hadisələri xatırlamaq kifayətdir.

Keçən ay Ermənistan mənim ölkəmin suveren ərazisi olan Dağlıq Qarabağ bölgəsini ən yüksək səviyyədə Ermənistanın tərkib hissəsi elan edib və beləliklə, Azərbaycanın işğal edilmiş rayonlarını ilhaq etmək planlarını açıqlayıb. Bu, beynəlxalq hüququn və Təhlükəsizlik Şurasının qətnamələrinin kobud şəkildə pozulmasıdır. Bu qətnamədən əvvəl Ermənistan hökumətinin müxtəlif yüksəkvəzifəli üzvləri başqa təhrikçi bəyanatlar səsləndiriblər. Məsələn, Azərbaycana “bircə qarış da olsa torpağın qaytarılmayacağı” barədə bəyanatlar və “yeni ərazilər uğrunda yeni müharibə” barədə hədələr eşidilir.

Ermənistanın Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisi olan Dağlıq Qarabağı və digər işğal edilmiş rayonları müxtəlif uydurma adlar altında təqdim etmək, habelə həmin ərazilərdə qurulmuş qeyri-qanuni oyuncaq rejimi təbliğ və reklam etmək cəhdlərinin də qanuni qüvvəsi yoxdur. Azərbaycanlı diplomat bildirib ki, bu rejimin qeyri-qanuni olması beynəlxalq səviyyədə dəfələrlə bəyan edilib; Yerevan tərəfindən rəhbərlik və nəzarət edilən bu rejim, nəticə etibarilə təcavüzün, irqi ayrı-seçkiliyin və etnik təmizləmənin məhsulundan başqa heç bir şey deyil.

Yuxarıda deyilənlər BMT və daha geniş beynəlxalq birlik tərəfindən təcili tədbirlər görülməsinin zəruri olduğunu təsdiq edir. Y.Əliyev bildirib ki, Azərbaycan ona qarşı davam edən təcavüzlə əlaqədar problemləri daim Təhlükəsizlik Şurasının nəzərinə çatdırır və Azərbaycanın təqdim etdiyi, hesabat dövründə Təhlükəsizlik Şurasının və Baş Assambleyanın sənədləri qismində yayılmış məlumatlar Təhlükəsizlik Şurasının müzakirə edilən məruzəsinin V hissəsinin 4-cü fəslində xatırlanır.

Azərbaycanın BMT yanında diplomatik missiyasının rəhbərinin dediyi kimi, bununla əlaqədar xatırlatmaq yerinə düşər ki, ümumi beynəlxalq hüququn imperativ normaları üzrə öhdəliklərin ciddi pozulmaları əlavə nəticələr doğurur. Buraya, o cümlədən, ciddi pozuntu nəticəsində yaranmış vəziyyətə son qoyulması məqsədilə bu vəziyyətin qanuni hesab edilməməsi, onun davam etməsinə kömək və ya yardım göstərilməməsi yolu ilə dövlətlərin əməkdaşlıq etmək vəzifələri daxildir. Buna görə də beynəlxalq birlik təkidlə tələb etməlidir ki, Təhlükəsizlik Şurasının 1993-cü il 822, 853, 874 və 884 nömrəli qətnamələri yerinə yetirilsin və Ermənistan öz beynəlxalq öhdəliklərinə ciddi riayət etsin.

Mandatı Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan, davam etməkdə olan sülh prosesinin əsas məqsədi işğalçı qüvvələrin Azərbaycanın işğal altında olan bütün ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını, Azərbaycanın beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində suverenliyinin və ərazi bütövlüyünün bərpa olunmasını, məcburi köçkünlərin və onların əmlakının qaytarılmasını təmin etməkdən ibarətdir.

Y.Əliyev çıxışının sonunda bildirib ki, bu hədəfə çatmaq zəruri, lakin kompromissiz qərardır. Bu, eyni dərəcədə labüd və aktualdır, çünki qanunsuz güc tətbiq edilməsi və bununla əlaqədar hərbi işğal və Azərbaycan ərazilərinin etnik təmizlənməsi heç vaxt sülh, barışıq və sabitlik gətirməyəcək.

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında
14:18 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
11:04 18.05.2024
Ramil İsgəndərli: "Müharibənin mənfi nəticələrinin aradan qalxmasında QHT-lərin çox böyük rolu oldu" - VIDEO
11:00 18.05.2024
ABŞ-dan Kiyevə QADAĞA
ABŞ-dan Kiyevə QADAĞA
10:52 18.05.2024
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
10:41 18.05.2024
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
10:30 18.05.2024
Mədəniyyət ocağının acınacaqlı vəziyyətə düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
10:30 18.05.2024
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
10:15 18.05.2024
Kirayə qaldığı evi satan kirayəçini neçə il həbs gözləyir? - Ekspertlərin RƏYİNDƏ
10:00 18.05.2024
Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI – VİDEO
09:40 18.05.2024
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
09:20 18.05.2024
Azərbaycanda ÜDM istehsalı 4 faizdən çox ARTIB – RƏSMİ
09:03 18.05.2024
Vəhşicəsinə öldürülən Könülün sonuncu dəfə telefonla danışdığı qadın da ÖLDÜ
06:34 18.05.2024
Meksikada atışmada merliyə namizəd və daha 5 nəfər ölüb
05:28 18.05.2024
Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var
04:06 18.05.2024
Azərbaycanın voleybol millisi Xorvatiyanı məğlub edib
03:59 18.05.2024
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib
02:17 18.05.2024
Slovakiyanın Baş nazirinə sui qəsd etmək istəyən şəxs məhkəmə qarşısına çıxarılacaq
01:00 18.05.2024
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
00:16 18.05.2024
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
23:55 17.05.2024
Yeni Kaledoniyada etirazlar zamanı 163 nəfər saxlanılıb
23:30 17.05.2024
ABŞ generalı: Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq
23:13 17.05.2024
Bəzi rayonlara yağış, qar yağıb, Qəbələyə dolu düşüb - YENİLƏNİB-2
22:56 17.05.2024
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb
22:35 17.05.2024
Hamısı