Ermənilər Zəngilanın merliyi uğrunda davaya qalxdı | Eurasia Diary - ednews.net

20 Oktyabr,


Ermənilər Zəngilanın merliyi uğrunda davaya qalxdı

Siyasət A- A A+
Sentyabrın 12-dən başlayaraq Azərbaycanın “Kovsakan” adlandırılmış işğal altındakı Zəngilan şəhərindəki məktəbin şagirdlərinin əksəriyyəti dərslərə gəlməyib.
 
Eurasia Diary "moderator.az"a istinadən xəbər verir ki, buna səbəb sentyabrın 8-də qondarma rejimin nəzarət etdiyi Azərbaycan ərazilərində faktiki keçirilmiş mer seçkilərində qalib gəldiyi hesab edilən məktəbin müəllimi, eyni zamanda məktəb direktorunun oğlu olan Suren Karamyanın qələbəsinin təsdiqlənməməsidir. Ona alternativ olmuş digər namizəd Njde Madoyan hesab edir ki, rəqibi atasının direktor olmasından yararlanaraq seçki zamanı inzibati vasitələrdən istifadə etməklə saxta yolla səs toplayıb. S.Karamyanın tərəfdarı olan erməni valideynlər isə məktəbdəki seçki məntəqəsinə yığışaraq “Kaşataq rayonu”nun (Laçın, Qubadlı, Zəngilan) başçısı Stepan Sərkisyanın qalmaqalla bağlı bəyanatını gözləyir. S.Sərkisyan isə mediaya bildirib ki, hər iki tərəflə danışıqlar aparılır və məsələnin dinc şəkildə və “qanun” çərçivəsində həllinə çalışılır. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...