Azərbaycan Diasporuna Dəstək Fondu Türkiyədəki soydaşlarımızı bir araya topladı - VİDEO | Eurasia Diary - ednews.net

22 Oktyabr, Çərşənbə axşamı


Azərbaycan Diasporuna Dəstək Fondu Türkiyədəki soydaşlarımızı bir araya topladı - VİDEO

Siyasət A- A A+

Türkiyədə yaşayan azərbaycanlılar Azərbaycan Diasporuna Dəstək Fondunun rəhbərliyi altında İstanbulda görüş keçirib.

Eurasia Diary xəbər verir ki, tədbirdə Azərbaycanın təbliği üçün görülən işlər müzakirə edilib. Görüşdə Türkiyədə yaşayan azərbaycanlılar problemlərindən də bəhs ediblər. Bundan əlavə, iclasda soydaşlarımızın layihələri dinlənilib.

Azərbaycan Diasporuna Dəstək Fondunun rəhbərliyi ilə keçirilən tədbirdə müxtəlif ölkələrdə və Türkiyədə yaşayan azərbaycanlıların layihələrinin dəstəklənməsinə qərar verilib. Çıxış edənlər mədəni fəaliyyətlərin artması üçün Azərbaycanın təbliğatına ehtiyac olduğuna işarə edib.

İclasda iştirak edən dərnək və federasiya rəsmiləri Türkiyədə azərbaycanlılar üçün ana dilində bir məktəbə ehtiyac olduğunu da vurğulayıblar.

Vətənlərindən kənarda yaşayan türk və azərbaycanlıların dünyada iki qardaş diaspor kimi fəaliyyət göstərdiyi vurğulanıb.

Türkiyə və Azərbaycan diasporunun hədəflərinin ortaq olduğu qeyd edilən tədbirdə iki ölkə arasında möhkəm və sarsılmaz bağların olduğu diqqətə çatdırılıb.

Görüşdə, eyni zamanda, son dövrlər Şərqi Anadoluda Erməni Diasporunun Qərbi Ermənistan qurmaq xəyallarını reallaşdırmaq üçün fəaliyyətə başlamasının verdiyi narahatlıq da dilə gətirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...