Türkiyənin Təkaltı dağından Ermənistana bayraq mesajı "Vaxt gələcək, o ərazilər də..."

"Azərbaycan prezidentindən “Dostluq” ordenini alan yeganə səfirəm...”

Siyasət 12:58 17.09.2019

İrəvanla üzbəüz olan zirvədə Azərbaycan və Türkiyənin dövlət bayraqları, Milli Qəhrəman Mübariz İbrahimovun portreti qaldırıldı; İrəvan və Qarabağla bağlı şüarlar səsləndi; Hulusi Kılıç: “Bakı Türk dünyasının kiçik İstanbuludur”

Eurasia Diary xəbər verir ki, ötən gün axşam saatlarında Türkiyə-Azərbaycan qardaşlığını, birliyini simvolizə edən növbəti möhtəşəm tədbir keçirilib. Qardaş ölkənin Ermənistanla həmsərhəd olan İğdır vilayətinin Tuzluca qəsəbəsinə yaxın ərazidə yerləşən əzəmətli Təkaltı dağına doğru Azərbaycan-Türkiyə həmrəylik yürüşü olub.

Yürüşdə rəsmi şəxslər, QHT və KİV təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. İqdır vilayətində yerləşən, Ağrı dağından sonra Türkiyənin ikinci böyük və əzəmətli dağı olan Təkaltı zirvələrinə yürüşə “Yeni Müsavat”ın əməkdaşı da qatılmaq fürsəti əldə edib. Tədbir İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin təşəbbüsü, İğdır Valiliyi ilə Azərbaycanın Qarsdakı Baş Konsulluğunun dəstəyi əsasında 1918-ci ildə Bakının bolşevik-daşnak işğalından azad olunmasının 101-ci ildönümü münasibəti ilə təşkil olunub.

Qeyd edək ki, Tuzlucadan Təkaltı dağına uzanan yol Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyır. Dəniz səviyyəsindən təqribən 2500 metr hündürlüyə qalxan yürüşçülər Azərbaycan və Türkiyənin dövlət bayraqlarını, həmçinin Milli Qəhrəman Mübariz İbrahimovun portretini Ağrıdağı Dağçılıq və Təbiət İdman Növləri Klubu tərəfindən simvolik olaraq Mübariz İbrahimovun adı verilən zirvəyə qaldırıblar.

Zirvədə Mübariz İbrahimovun portreti ilə yanaşı, dövlət bayraqlarımız Təkaltı dağın zirvəsində dalğalanıb. İki dövlət, bir millətin qardaşlığını əks etdirən 10 metrlik bayrağın qayalar üzərində dalğalanması möhtəşəm mənzərə yaradıb. Türkiyə və Azərbaycandan olan yürüş iştirakçıları zirvədən qarşıya, Araz çayının o tayına, Ermənistan adlanan tarixi Azərbaycan torpaqlarına baxaraq, bildirdilər ki, vaxt gələcək, o ərazilər də Qarabağla birlikdə Türkün məskəninə çevriləcək!

Bu möhtəşəm aksiyanın təşkilatçısı Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç diqqətə çatdırıb ki, tədbirin 1918-ci ildə Bakının bolşevik-daşnak işğalından azad olunmasının 101-ci ildönümünə həsr olunması iki xalqın qardaşlığı və dostluğu əbədi və sarsılmazlığını bir daha sübut edir. Hulusi bəy dedi ki, bu gün bizim hamımızın bayramıdır: “Bakı şəhərinin azad olunmasının 101-ci ildönümüdür. Odur ki, biz bu tədbiri keçirməyə qərar verdik. Bakı o qədər önəmli məkandır ki, ora hər kəs diqqət göstərməlidir. Mən bunu ilk dəfə söyləyirəm: İstanbul nə qədər İslam dünyasının başkəndidirsə, Bakı da o qədər Türk dünyasının başkəndidir. Bakı Türk dünyasının kiçik İstanbuldur. Türk dünyasında Bakının çox gözəl yeri var. Bu şəhər Türk dünyasının qəlbidir. Bakı şəhəri üçün şəhid olan əsgərlərimizin ruhları şad olsun!”

Qafqaz İslam Ordusunun mücadiləsini böyük bir heyranlıqla izlədiyini, bu mücadilə ilə bağlı tarixi mənbələrə baş vurduğunu söyləyən sabiq səfir bildirib ki, o zaman insanlarımız uzaq İstanbuldan, Ərzurumdan gəlib yayın qaynar çağında Bakını düşməndən xilas etmişlər. Bu, çox önəmli hadisədir. 1918-ci ildə Osmanlı imperatorluğunu parçalamaq üçün çalışan güclər var idi. Osmanlı 4 cəbhədə vuruşurdu. Xəbər gəldi, Bakı işğal altında. O vaxt 7 min təcrübəli əsgəri Azərbaycana, köməyə göndərdilər. Yaxşı ki, göndəriblər. O qərarı verənlərə sayğılarımı ifadə edirəm. Allah rəhmət eləsin! Məkanları cənnət olsun! Bütün şəhidlərimizi sayğı ilə anıram, ruhları şad olsun!”

Diplomat dedi ki, o, hər zaman Türkiyə və Azərbaycanın gələcəyi barədə yüksək fikirdə olub: “Mən Azərbaycanda 5 il səfir vəzifəsində çalışmışam.

Azərbaycan prezidentindən “Dostluq” ordenini alan yeganə səfirəm. Qəlbim hər zaman Türk dünyası, Türkiyə və Azərbaycan üçün çarpmaqdadır”.

H.Kılıç tədbirin gerçəkləşməsi üçün verdikləri dəstəyə görə, İqdır valisinə, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimə, Qars Baş konsulu Nuru Quliyevə və tədbirdə iştirak edən hər kəsə təşəkkür edib.

Azərbaycanın Qars şəhərindəki baş konsulu Nuru Quliyev bildirib ki, Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm edən bu yürüş mənəvi birlik rəmzidir. Baş konsulumuz əlini irəli, Araz çayının o tayına, İrəvan tərəfə uzadıb “gözlərimiz önündəki torpaqlar Azərbaycan torpaqlarıdır, Türk torpaqlarıdır. O torpaqların sahibi bizik. Müvəqqəti iolaraq birilərinə verilib. Gec-tez o torpaqlara qayıdacağıq!” deyib. Bunun ardınca “Bir millət, iki dövlət!” sədaları ucalıb.

Baş konsul İlqar Quliyev deyib ki, bu tədbirin əsas təşəbbüskarı Azərbaycanın yaxın dostu Hulusi Kılıçdır: “Bu zirvədən gözümüzün gördüyü qədər Türk torpaqlarını bir daha gördük. Taleyin, Tanrının bizə verdiyi bu torpaqlar inşallah yenə də bizim olacaq. Bu gün o torpaqlar işğal altındadır, amma Ali Baş Komandanımızın əmri ilə bir gün o yurd yerlərimiz düşmən tapdağından azad olunacaq. Biz bu zirvədə qaldırdığımız bayraqlarımız bir gün Qarabağımızda, bütün Türk yurdlarımızda qaldıracağıq. Azərbaycan-Türkiyə dövlətləri qardaşlıq münasbətlərini davam etdirəcək, daim düşmənlərinə meydan oxuyacaq, dostlarına qürur, güc verəcək. Dostluğumuz, birliyimiz, qardaşlığımız əbədi olsun!”

İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar əminliklə bildirib ki, bu kimi həmrəylik yürüşləri gələcəkdə də ardıcıl şəkildə davam edəcək Əlini İrəvan tərəfə uzadaraq “oralar bizim dədə-babalarımızın şəhəridir, oğuzların yurdudur” deyən Ziya Zakir Türkiyə-Azərbaycan qardaşlığının əbədi olduğunu bildirdi: “Təkaltı dağından can Azərbaycanımıza salam və sayğılarımızı göndəririk!”

Tədbir boyu sal qayalarda “Bir millət, iki dövlət!”, “Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”, “Türkiyə-Azərbaycan bayraqları hər zaman zirvədə, yan-yana olsun!”, “Bu bayraqlar dünya durduqca dalğalansın!”, “Bir kərə yüksələn bayraq bir daha enməz!”, “İki bayrağın gücünü heç bir qüvvə tükədə bilməz!” kimi şüarlar əks-səda verdi.

Qeyd edək ki, tədbir Türk polisinin yüksək səviyyədə həyata keçirdiyi təhlükəsizlik tədbirləri ilə gerçəkləşib. Bütün yol boyu yürüşçüləri müşayiət edən polis zirvəyə qədər Türk sevdalısı olan insanların yanında olub. Yüksək əhval-ruhiyyə ilə zirvədən enən tədbir iştirakçıları sonda Türk polisinin komandir və heyət üzvlərinə iki dövlət adından təşəkkür ediblər.

***
Bu yerdə xatırladaq ki, bir neçə ay öncə ermənilər qaçaq yolla Ağrı dağına qalxaraq orada Ermənistan bayrağını qaldırmış və sanki bununla Türkiyə və Azərbaycana meydan oxumağa çalışmışdılar. O zaman məsələyə həssas münasibət göstərən qəzetimiz mövzu ilə bağlı materiallar dərc etmişdi. Hulusi Kılıç “Yeni Müsavat”a açıqlamasında tədbirin ərsəyə gəlməsinin səbəblərindən danışarkən qəzetimizdə dərc olunmuş yazılara diqqət çəkdi: “Elşad müəllim, siz mənə iki ay öncə zəng edərək, ermənilərin Ağrı dağında bayraq qaldırdığını dediniz. O zaman mənim ağlıma bir fikir gəldi, dedim Bakının işğaldan azad edilməsinin 101-ci ildönümündə bir tədbir keçirək. Biz də Azərbaycan-Türkiyə bayraqlarını yüksəklərdən açaq, asaq, gözəl bir tədbir keçirək. Ona görə də mən İqdir valisi Ənvər İnönü ilə danışdım. Vali təklifimi dinlədi, “bəli” dedi. Baş konsulla danışdım, o da təklifimə “bəli” dedi. Sonra bu tədbiri Türkiyə-Azərbaycan olaraq həyata keçirmək üçün Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahimlə danışdım. O da Bakıya sorğu verdi, Bakı da tədbirin keçirilməsini uyğun hesab etdi. Bundan sonra Qars Baş Konsulluğumuz qərar verdi və biz də bu işə başladıq”. H.Kılıç qeyd etdi ki, onlar bu tədbirlə kifayətlənməyiblər. İqdırda Bakının işğaldan azad edilməsi ilə bağlı möhtəşəm konfransın keçirilməsinə də qərar verilib. Yaxın saatlarda keçiriləcək konfransa Türkiyə və Azərbaycandan dəvətlilər, həmçinin İqdır ictimaiyyətinin nümayəndələri qatılacaq.

Bayraq mərasimini Təkaltı dağında keçirilməsinin səbəbinə gəldikdə, Hulusi bəy dedi ki, bura ən önəmli məkanlardan biridir: “Bir az zaman dar oldu, yoxsa Ağrı dağına gedə bilərdik. Amma Təkaltı dağı Türk düşmənlərinə mesaj vermək üçün ən uyğun məkanlardan biri oldu. Təkaltı Ermənistanı, İrəvanı görən bir dağdır”.

 
 
 
 
 
 
 
 
 

 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı