“Uyğun vaxtda Ermənistana zərbə endiriləcək!…” Tofiq Zülfüqarov

Siyasət 10:48 19.09.2019

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Azpolitika.info-ya müsahibə verib. Eurasia Diary həmin müsahibəni təqdim edir:

– Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT-in Minsk Qrupunun sabiq həmsədri Metyu Brayzanın tənqidlərinə cavab verib, bəyan edib ki, əgər Azərbaycan Dağlıq Qarabağın həllini özünün ərazi bütövlüyü çərçivəsində görürsə və bu mövqe qətidirsə, onda bizim də prinsip “Qarabağ Ermənistandır, nöqtə” şəklindədir. Bununla Paşinyan ikinci dəfə Qarabağın Ermənistan olduğunu bəyan etmiş olub. Siz Paşinyanı Xankəndində verdiyi ilk bəyanata görə sərt tənqid etmişdiniz. Hazırki vəziyyəti necə qiymətləndirisiniz?

– Azərbaycanın daxilində və xaricdə bəzi siyasi şərhçilər belə fərziyyə irəli sürürdülər ki, Nikol Paşinyanın bu bəyanatı daha çox daxili siyasətlə bağlıdır. Başqa sözlə, buna onun siyasi təzyiqlər altında verdiyi bəyanat kimi baxmaq lazımdır. Guya, daxili siyasətdə ona qarşı Qarabağ klanının təzyiqi artıb və Paşinyan da belə bəyanatlarla onların təzyiqlərini neytrallaşdırır. İddia edilirdi ki, bu bəyanatdan sonra Paşinyana fikir vermək lazım deyil, məcburiyyət qarşısında bunu edib. Yeri gəlmişkən, belə arqumentlə ABŞ-ın Minsk Qrupundakı sabiq həmsədri Metyu Brayza da razılaşıb.

Hesab edirəm ki, Paşinyanın ikinci bəyanatı göstərir ki, əslində bu, Paşinyanın təsadüfi və ya yanlış şəkildə verdiyi bəyanat deyil. Nikol Paşinyan bilərəkdən və düşünülmüş şəkildə bəyanatını ikinci dəfə təkrarlayıb. Danışıqlarda erməni tərəfinin mövqeyinin necə olduğu, onların vəziyyəti necə qiymətləndirməsi bu bəyanatla ortaya çıxır. Qənaətimcə, bu bəyanat açıq mesajdır. Bu mesaj Azərbaycan tərəfindən cavabsız qalmamalıdır. Digər tərəfdən, indiki vəziyyətdə danışıqlara getmək düzgün olmazdı. Çünki hadisələr göstərir ki, Paşinyanın səsləndirilən mövqeyi danışıqlarda Ermənistan tərəfindən təsdiq ediləcək. Bu səpkidə danışıqlar aparmaq mənasızdır. Faktiki olaraq, Paşinyan təmsil etdiyi dövlətin mövqeyini ortaya qoyub.

– “Həll Ermənistan, Qarabağ və Azərbaycan üçün məqbul olmalıdır” deyən Paşinyana görə, o, Ermənistanın ilk başçısıdır ki, həllin Azərbaycan üçün də məqbul olması haqda danışıb, amma Azərbaycandan münasib reaksiya görməyib. Əksinə, Azərbaycan tərəfinin yanaşması maksimalistdir. Baxmayaraq ki, Minsk Qrupunun işçi müzakirələrində statusun müxtəlif ola biləcəyi göstərilir, o cümlədən Azərbaycandan kənarda…

– Əslində, bu, qəribə mövqedir və Paşinyan tərəfindən səsləndirilib. Fikrimcə, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı məsələni yoluna qoymadı. Nə Nikol Paşinyan bundan nəticə çıxardı, nə də açığı bizim özümüz. Bu mənada hesab edirəm ki, vəziyyət açıq olaraq qalır. Vəziyyəti çoxları başa düşmür. Məsələn, ad çəkmək istəmirəm, son günlərdə mən xaricdə bir nəfərlə görüşmüşəm və o da prosesdə olan mütəxəssisdir. Həmin şəxs bəzi məsələləri başa düşmür və hətta Azərbaycanın mövqeyinin nədən ibarət olduğunu ona izah etməyimi istədi. Təsəvvür edin ki, mən yüksək səviyyəli məmur haqqında danışıram. Fikrimcə, məsələ yarımçıq qalıb. İndiki halda danışıqlara getmək artıq mənasızdır. Bəzən deyirdilər ki, erməni tərəfinin mövqeyini konkret aydınlaşdırmaq üçün Nyu-Yorkda görüş lazımdır. Amma Paşinyan ikinci bəyanatı ilə vəziyyəti tamamilə aydınlaşdırıb. İndi onun xarici işlər nazirindən nəsə soruşmaq, məncə, düzgün deyil. Yəni erməni tərəfinin mövqeyi və iradəsi ortadadır.

– Müdafiə naziri Zakir Həsənov bugünlərdə “Azərbaycan hərbçiləri sözünü döyüş meydanında deyəcək, o gün uzaqda deyil, inanmıram ki, ikinci dəfə “yiyə”ləri ermənilərın arxasında dayana bilsin” bəyanatını verdi. Nazirin bu bəyanatı elə Paşinyana cavab deyilmi?

– Məncə, müdafiə nazirinin bəyanatını şərh etmək və anlamaq asandır. Azərbaycanın müdafiə naziri, vəzifəsinə uyğun olaraq, bir fikri çatdırır ki, hərbçilər sözünü müharibədə deyəcəklər və bunu arzu edirlər.

Əslində hamımız başa düşürük ki, danışıqlar nəticə vermir. Bu danışıqlardan nəsə gözləmək və nəyəsə inanmaq doğru olmazdı. Qənaətimcə, danışıqlar Azərbaycan tərəfindən təbliğati baxımdan istifadə olunurdu. İndi isə təbliğati baxımdan danışıqlarda iştirak etməyin özü də düzgün olmazdı. Mənanı burada axtarmaq lazımdır. Mənim mövqeyim və bəlkə də iradım bundan ibarətdir. İndi təbliğati baxımdan danışıqlarda iştirak etmək ziyanlıdır.

Qayıdaq müdafiə nazirinin fikirlərinə. Nazir açıq şəkildə vəziyyəti izah edir. Məqam ondan ibarətdir ki, bizə uyğun olan zamanda zərbəni endirəcəyik. Bu “uyğun olan vaxt” isə çoxlu faktorlarla bağlıdır. Hamı başa düşür ki, indiki müharibə 1990-cı illərdə olan müharibədən fərqlənəcək. Çoxsaylı faktorlar dedikdə Azərbaycan ordusunun hazırlıq səviyyəsi, müxtəlif növ silahlarla təmin edilməsi, münasib zaman və digər məsələləri nəzərdə tuturam. Müdafiə nazirinin mövqeyi əslində hər bir məsələyə cavab verir. Yeganə məsələ “münasib məqam nə vaxt olacaq” sualıdır. Amma onu da unutmayaq ki, bunu ən axırıncı bilən siz və biz olacağıq. Bu işin xüsusiyyəti və məntiqi ondan ibarətdir ki, zərbə endirmənin tarixini öncədən elan etmək axmaqlıq olardı. Bir daha qeyd edirəm ki, nazirin bəyanatı bəlli və aydındır. Nəsə əlavə eləməyə ehtiyac da yoxdur. Bunun baş vermə tarixi haqda isə fikir söyləməzlər.

– Nikol Paşinyan sentyabrın 21-də ABŞ-a gedəcək. Onun Prezident Trampla görüşəcəyinə dair informasiya olmasa da, erməni diaspora və biznes dairələri ilə bir araya gələcəyi gözlənilir. Erməni liderin BMT Baş Assambleyasının 74-cü plenar iclasında çıxışı da nəzərdə tutulub. ABŞ-dan qaytdıqdan sonra Paşinyan Yerevanda Putini qarşılamağa hazırlaşacaq. Bu siyasi gedişlərdə məqsəd nədir?

– Əslində Paşinyan niyə səfərlərdən əvvəl iki dəfə “Qarabağ Ermənistanındır” bəyanatını verib? Hesab edirəm ki, bununla Paşinyan qəti mövqeyini ictimaiyyətin gözü qarşısında bəyan edib. Təbii ki, ona irad tutulanda deyəcək ki, bəlkə də onun bəyanatı səhvdir, amma bunu elan edib və indi ondan geri çəkilmək siyasi imicinə ziyan olardı. Vəssalam. Onun məqsədi bundan ibarətdir. Yəni mən sözümü demişəm, ola bilsin ki, siz doğru deyirsiniz, mən sizinlə qismən razıyam, amma bu mövqe ifadə olunub. Əslində sizə deyim ki, bu mövqeni ermənilər Dağlıq Qarabağ ətrafı rayonlarımızı işğal edəndə də səsləndiriblər. Deyiblər ki, ola bilsin ki, bu səhv olub, bu addımlar sülh prosesinə ziyandır, amma bunu artıq ediblər. Sözüm odur ki, bu ermənilərin çoxdankı taktikasıdır. Bunu görməmək, məncə, doğru olmazdı.

İkincisi, səfərdə həm də dəstək məqsədi güdülür. Əsas dəstək ABŞ-da yaşayan ermənilərdir. Erməni diasporasının maliyyəsi Ermənistan hökumətinə real maliyyə köməyidir. Uzun müddətdir ki, diaspora Ermənistana köməyini azaldıb. Çünki Sarqisyan və Köçəryan zamanında bu maliyyənin böyük bir hissəsi Ermənistana xərclənməyib və mənimsənilib. Bu da diasporanın xoşuna gəlmirdi. İndi isə Paşinyan arzu edir ki, maliyyə dəstəyinin miqdarı artırılsın və bu maliyyə ilə hansısa problemləri həll etsin. Çünki Rusiyadan da maliyyə dəstəyi yoxdur, ABŞ və Qərb demək olar ki, dəstək vermir. Yeganə mənbə erməni diasporasıdır və Nikol populist bəyanatlarla bu pulları əldə etməyə çalışacaq. Ola bilsin ki, Paşinyanın yuxarıda müzakirə etdiyimiz bəyanatının səsləndirilməsində məqsədlərdən biri də budur.

– Sentyabrın 16-da Tehranda “51-ci erməni olimpiadası” başlayıb. Bu yarışlarda Gürcüstan, Ermənistan, İraq, Yəmən, Oman kimi ölkələrin komandası ilə yanaşı Dağlıq Qarabağdakı sepatçı rejimin komandası da təmsil olunur. Siz qonşu İranda keçirilən bu tədbirdə Qarabağ separatçılarının iştirakına yaşıl işıq yandırılmasını necə izah edərdiniz?

– Birincisi, hesab edirəm ki, bu İran rəhbərliyinin səhvidir. İlk növbədə ona görə ki, indiki vəziyyətdə bu qərarın yüksək səviyyədə qəbul edilməsinə şübhə yoxdur. Yeri gəlmişkən, bu oyunlardan sonra İran rəhbərinin Ermənistana səfərinin planlaşdırılması haqda məlumatlar var. Situasiya nədən ibarətdir? İndi Azərbaycana İrana qarşı mövqeyində aktiv olmasına dair çoxlu təkliflər verilir. Bunu hansı qüvvələrin istəməsi, əvəzində Azərbaycana hansı köməklər, hətta hərbi kömək və proqramların veriləcəyi də bəllidir. Sadəcə bu cür addımı atmamaqda Azərbaycan dövləti hər zaman israrlı olub. Amma belə hərəkətlərlə Azərbaycanı təşviq edirlər ki, anti-İran kampaniyasına qoşulaq. Bir daha qeyd edirəm ki, İran ərazilərində erməni tədbirlərinin keçirilməsi və ora Qarabağdan hansısa “idman komandasının” gəlişinə yaşıl işıq yandırmaq ilk növbədə Tehranın maraqlarına cavab verməyən addımdır. Buna ancaq təəssüf etmək olar. İran bu kimi addımlarla əslində Azərbaycanda özünə qarşı narazılıq yaradır. Burada ayrı fikir ola bilməz. Biz bu cür addımlardan narazıyıq.

Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO

Xəbər xətti

Umud Mirzəyev: "Avropa strukturları 30 ildə qaçqınlarımıza bir dəfə də olsun bu diqqəti göstərmədilər"
14:50 19.03.2024
Bayram günlərində hava NECƏ OLACAQ?
Bayram günlərində hava NECƏ OLACAQ?
14:48 19.03.2024
Sumqayıtda 7 yaşlı uşağı öldürən məşqçiyə 19 il həbs cəzası verildi
Sumqayıtda 7 yaşlı uşağı öldürən məşqçiyə 19 il həbs cəzası verildi
14:43 19.03.2024
Molddovada vəziyyət qarışır: Prezident ittiham olundu
14:41 19.03.2024
Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI
14:38 19.03.2024
Hikmət Hacıyev: "Azərbaycan Çinlə əlaqələrin inkişafına böyük önəm verir"
14:36 19.03.2024
"İranın buradakı məqsədi Azərbaycana qarşı bir cəbhə açmaqdır" - Güneyli EKSPERT
14:30 19.03.2024
Almaniya və Fransanın Kiyev rəqabəti
Almaniya və Fransanın Kiyev rəqabəti
13:45 19.03.2024
Bakının mərkəzində məşhur kafenin fəaliyyəti dayandırıldı
13:39 19.03.2024
AYNA taksi sürücülərinə xəbərdarlıq edib
13:32 19.03.2024
Allahşükür Paşazadədən  Novruz bayramı münasibətilə TƏBRİK
Allahşükür Paşazadədən Novruz bayramı münasibətilə TƏBRİK
13:20 19.03.2024
Bu ölkələrdən Azərbaycana gələn turistlərin sayı artıb
13:18 19.03.2024
Yazın ilk gününün hava proqnozu açıqlanıb
Yazın ilk gününün hava proqnozu açıqlanıb
13:08 19.03.2024
Aİ Rusiya taxılına qadağa qoyacaq
Aİ Rusiya taxılına qadağa qoyacaq
13:00 19.03.2024
Ölkə əhalisinin 10 faizdən çoxu pensiyaçıdır
Ölkə əhalisinin 10 faizdən çoxu pensiyaçıdır
12:55 19.03.2024
Bankda sistem uğursuzluğu baş verdi: Milyonlarla dollar çıxarıldı
Bankda sistem uğursuzluğu baş verdi: Milyonlarla dollar çıxarıldı
12:45 19.03.2024
"Cənub Şərqi Avropa ölkələrinin Azərbaycanın qazına ehtiyacı var" – Natiq Cəfərli
12:30 19.03.2024
BDYPİ bayram günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib
12:26 19.03.2024
Qaradağda 10 min manatlıq oğurluq olub
12:20 19.03.2024
Yeni Zelandiyada maraqlı kəşf
Yeni Zelandiyada maraqlı kəşf
12:15 19.03.2024
FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
12:05 19.03.2024
Böyük Britaniyada etnik müxtəliflik nə qədər artıb?
Böyük Britaniyada etnik müxtəliflik nə qədər artıb?
12:00 19.03.2024
Mingəçevir sakini sahibkarlara qarşı 200 min manatlıq dələduzluğa görə tutulub
11:55 19.03.2024
Aİ COP29-un uğurlu olması üçün Azərbaycanla əməkdaşlığa ümid edir
11:50 19.03.2024
İngiltərədə bir ilk: Uçan taksilər fəaliyyətə başlayır
İngiltərədə bir ilk: Uçan taksilər fəaliyyətə başlayır
11:45 19.03.2024
Zaxarovadan Paşinyana cavab: “Müharibə açıqlaması Qərblə danışıqların nəticəsidir”
Zaxarovadan Paşinyana cavab: “Müharibə açıqlaması Qərblə danışıqların nəticəsidir”
11:39 19.03.2024
“Yeni dünya nizamında ölkələr öz yerini müəyyən etməli olacaqlar” – Gürcü Politoloq Gia Xuxaşvili - ÖZƏL
“Yeni dünya nizamında ölkələr öz yerini müəyyən etməli olacaqlar” – Gürcü Politoloq Gia Xuxaşvili - ÖZƏL
11:30 19.03.2024
Azərbaycanda partiyanın məsul şəxsi saxlanılıb
11:25 19.03.2024
Fevralda 3,8 mindən çox şəxsə pensiya təyinatı aparılıb
11:15 19.03.2024
Türkiyənin nüfuzlu klubu Super Liqadan ÇIXMAQ İSTƏYİR
Türkiyənin nüfuzlu klubu Super Liqadan ÇIXMAQ İSTƏYİR
11:10 19.03.2024
Nazirlik internet xidmət provayderlərinə təlimat göndərib
11:05 19.03.2024
MAQATE dəstək verəcək: İraqda nüvə proqramı üçün yol xəritəsi formalaşıb
MAQATE dəstək verəcək: İraqda nüvə proqramı üçün yol xəritəsi formalaşıb
11:00 19.03.2024
Mikayıl Cabbarovdan İlaxır çərşənbə ilə bağlı maraqlı paylaşım
10:58 19.03.2024
Bakıda yağışlı hava qəzaya səbəb oldu - VİDEO
10:50 19.03.2024
İsrail və Həmasdan gözlənilməz atəşkəs addımı!
İsrail və Həmasdan gözlənilməz atəşkəs addımı!
10:45 19.03.2024
Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO
Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO
10:38 19.03.2024
Xankəndidə xeyli silah-sursat tapılıb
10:35 19.03.2024
Rusiyada ən yüksək maaş harada və hansı sektordadır?
Rusiyada ən yüksək maaş harada və hansı sektordadır?
10:30 19.03.2024
FHN əhaliyə müraciət edib
10:22 19.03.2024
Almaniyada kitabxanalar təşvişə düşdü: Kitablarda zəhər tapıldı
Almaniyada kitabxanalar təşvişə düşdü: Kitablarda zəhər tapıldı
10:15 19.03.2024
Hamısı