Dilqəm və Şahbaz qaytarılır? - Erməni rəsmidən açıqlama | Eurasia Diary - ednews.net

16 Oktyabr, Çərşənbə


Dilqəm və Şahbaz qaytarılır? - Erməni rəsmidən açıqlama

Siyasət A- A A+

Ermənistan hökuməti əsir götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycandakı erməni əsirlərlə dəyişdirilməsi ilə bağlı qarşı tərəfin təklifini müzakirə edir.

Eurasia Diary xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Vladimir Karapetyan açıqlama yayıb.

Karapetyanın sözlərinə görə, bu barədə Baş nazir Nikol Paşinyanla şəxsən danışmasa da, məsələnin müzakirə olunduğundan xəbərdardır:

“Məsələnin həssaslığını nəzərə alaraq, yekun qərar verildikdən sonra elan edəcəyik”.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan tərəfi Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan vətəndaşları Karen Kazaryan və Araik Kazaryanla dəyişməyə hazır olduğunu bildirmişdi.(teleqraf.com)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...