Müstəqil Azərbaycanın Baş nazirləri… Kimlər gəldi, kimlər getdi…

Siyasət 14:32 08.10.2019

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov bu gün istefa verəcək.  Belə ki, N.Məmmədovun məsələsi Milli Məclisin bu gün keçiriləcək iclasının da gündəliyinə daxil edilib.
Rəsmi məlumata görə, Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə Əli Əsədov gətirilir.

Eurasia Diary Modern.az-a istinadən Azərbaycanın müstəqillik əldə etdikdən – 1991-ci ildən indiyə qədər Baş nazir olmuş şəxslərin siyahısını təqdim edir.

Müstəqil Azərbaycanın ilk Baş naziri Həsən Həsənov olub. 1991-ci il fevralın 7-də bu vəzifəyə təyin edilən baş nazirin səlahiyyət müddəti cəmi  421 gün çəkib. O, 4 aprel 1992-ci ildə vəzifəsindən azad edilib. H.Həsənov Azərbaycanda bazar iqtisadiyyatının və sahibkarlığın ilk tədbiri olan Bakıda 1991-ci ildə keçirilmiş iri Beynəlxalq Biznes Konqresinin təşkilatçısı kimi tarixdə qalıb.

Daha sonra müvəqqəti Baş nazir təyin olunan Feyruz Mustafayevin qısa səlahiyyət dövrü olub. O, Baş nazir postunda cəmi 40 gün qalıb.

Yenicə müstəqillik əldə etmiş dövlətin siyasi həyatında kifayət qədər qarışıqlıq hökm sürdüyündən vəzifə dəyişiklikləri artıq normal hala çevrilmişdi. Ona görə, Azərbaycanın üçüncü Baş naziri Rəhim Hüseynov da bu vəzifədə çox qala bilmədi. 1992-ci il mayın 14-də təyin olunan Rəhim Hüseynovun səlahiyyət müddəti 261 gün çəkdi və o, 30 yanvar 1993-cü ildə bu postdan uzaqlaşdırıldı.

Həmin dönəmdə yenidən müvəqqəti Baş nazir təyin olundu. Bu posta nəzarət hazırda deputat olan Əli Məsimova tapşırıldı.  Cəmi 82 günlük Baş nazir olsa da, Ə. Məsimov "Azərbaycanın iqtisadi tərəqqi proqramı"nın və "Nazirlər Kabinetinin fəaliyyətinin əsas istiqamətləri"nin müəllifi kimi yadda qalıb. O həmçinin, "Azərbaycanın iqtisadi müstəqillik konsepsiyası", "Aqrar islahatlar proqramı" və s. bu kimi konsepsiya, proqram və digər sənədlərin, eləcə də 30-dan artıq qanun layihəsinin hazırlanmasında bilavasitə iştirak edib. Ə. Məsimli 1993-cü il aprelin 28-də vəzifəsindən azad olunub.

Əli Məsimlinin müvəqqəti Baş nazirliyindən sonra bu posta Pənah Hüseyn gətirilib. O, həmin il iyunun 30-na qədər bu vəzifədə qalıb.

Daha sonra növbə hökümətə qarşı qiyam qaldırmaqla xatırlanan Sürət Hüseynova çatıb. “Qiyamçı polkovnik” 30 iyun 1993-cü ildən 7 oktyabr 1994-cü ilə kimi Baş nazir vəzifəsini icra edib.

Sürət Hüseynovdan sonra növbəti Baş nazir Fuad Quliyev olub. O, digərlərinə nisbətən daha uzun müddət bu postda qalsa da, haqqında çox az məlumat var. Fuad Quliyev BMT-nin layihəsi əsasında Sumqayıtın azad iqtisadi zona elan edilməsinə nail olub. Onun dövründə “Qarabağ” neft yatağının kəşfiyyatı, neftin işlənməsi və istehsalı üçün xarici neft şirkətləri ilə müqavilə imzalanıb.

1996-cı il iyulun 20-də Baş nazir postuna təyinat alan Artur Rasizadə 2003-c il iyulun 20-nə qədər bu vəzifədə qalıb.

Daha sonra isə onu Azərbaycanın hazırkı prezidenti İlham Əliyev əvəz edib. İlham Əliyev prezident seçildiyinə görə, baş nazirlik postundan ayrılıb.

2003-c il noyabrın 4-də Artur Rasizadə yenidən Baş nazir vəzifəsinə gətirilib. O, 2018-ci il aprelin 21-nə qədər bu vəzifədə qalmaqla, ən uzun müddətli baş nazir kimi Azərbaycan tarixinə adını yazdırıb.

Hazırda Azərbaycanın baş naziri Novruz Məmmədovdur. O 2018-ci il aprelin 21-I bu vəzifəyə təyin olunub. Bu gün isə vəzifəsindən istefa verəcəyi gözlənilir. Beləliklə, istefa qərarı təsdiqlənərsə, Novruz Məmmədovun səlahiyyət müddəti 534 gün olmaqla başa çatacaq. 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı