İlham Əliyev Ermənistanı faşizmin tərənnümündə - İTTİHAM ETDİ - VİDEO | Eurasia Diary - ednews.net

17 Oktyabr, Cümə axşamı


İlham Əliyev Ermənistanı faşizmin tərənnümündə - İTTİHAM ETDİ - VİDEO

Siyasət A- A A+

“Dövlət başçıları dəfələrlə faşizmin tərənnüm olunmasına qarşı çıxıb. Təəssüf ki, belə hallar MDB məkanında da, konkret olaraq Ermənistanda baş verir. Əvvəlki hakimiyyət Yerevanın mərkəzində daha çox Qaregin Hjde adı ilə tanından millətçi, satqın Qaregin Ter-Arutunyana abidə ucaldıb”.

Eurasia Diary xəbər verir ki, bu sözləri Azərbaycan Pezidenti İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının ilcasında çıxışı zamanı deyib.

Azərbaycanın dövlət başçısı xatırladıb ki, Rusiya da daxil olmaqla, bir çox ölkələr Ermənistan hakimiyyətini “bu cılız addımına” görə tənqid etmişdi.

İclasda iştirak edən Ermənistan baş naziri Nikol Paşinyan isə Serj Sarkisyan hakimiyyəti dövründə qoyulan abidəyə görə haqq qazanmağa cəhd edib.    

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...