Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana gəldi.
Eurasia Diary bildirir ki, türkiyəli nazir bu barədə Feysbuk hesabında məlumat verib.
Çavuşoğlu bunları yazıb: "Xarici İşlər Nazirləri səviyyəsində Türk Şurasının 7-ci sammitində iştirak etməzdən əvvəl Bakıdakı səfirliyimizdə ilkin görüş keçirilib".
Qeyd edək ki, sentyabrın 12-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Özbəkistanın Türk Şurasına üzv olmaq qərarına gəldiyini söyləyib.
Onun sözlərinə görə, yaxın vaxtlarda Türkmənistanın da təşkilata üzv olacağı gözlənilir.