Prezident 14 yaşlı dünya çempionunu təbrik etdi | Eurasia Diary - ednews.net

17 Noyabr,


Prezident 14 yaşlı dünya çempionunu təbrik etdi

Siyasət A- A A+

Prezident İlham Əliyev şahmatçı Aydın Süleymanlıya təbrik məktubu ünvanlayıb.

Eurasia Diary xəbər verir ki, məktubda deyilir:

"Əziz Aydın,

Hindistanda oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlılar arasında qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm.

Sən ilk turlardan yarışa liderlik edərək turniri qələbə ilə başa çatdırdın və həmyaşıdların arasında şahmat üzrə dünya çempionu adını qazanaraq şahmat tariximizdə daha bir parlaq səhifə açdın.

Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...