“Türk Şurasının Macarıstanda nümayəndəliyi Aİ ilə əlaqələri gücləndirəcək” - Nazir müavini | Eurasia Diary - ednews.net

17 Noyabr,


“Türk Şurasının Macarıstanda nümayəndəliyi Aİ ilə əlaqələri gücləndirəcək” - Nazir müavini

Siyasət A- A A+

“Çox əlamətdar haldır ki, Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü qurumun yaradılması ilə bağlı imzalanan Naxçıvan sazişinin 10-cu ildönümünə təsadüf edir”.

Eurasia Diary-nin məlumatına görə, bunu bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Xarici İşlər Nazirləri Şurasının iclasından sonra keçirilən mətbuat konfransında Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov deyib.

R. Həsənov bildirib ki, Türk Şurasının Macarıstanda nümayəndəliyinin açılması əlamətdar haldır: “Bu nümayəndəliyin Türk Şurasının Avropa İttifaqı (Aİ) ilə əlaqələrinin güclənməsinə imkan yaradacağına inanırıq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...