“Nəqliyyat əlaqələri türkdilli dövlətlər arasında münasibətlərin inkişafına töhfə verəcək” - Özbəkistan Prezidenti | Eurasia Diary - ednews.net

18 Noyabr, Bazar ertəsi


“Nəqliyyat əlaqələri türkdilli dövlətlər arasında münasibətlərin inkişafına töhfə verəcək” - Özbəkistan Prezidenti

Siyasət A- A A+

“Biz Türk Şurası gənc iş adamlarının forumunu təşkil etmək və forumun ilk iclasının gələn il Özbəkistanda keçirilməsini təklif edirik".

Eurasia Diary-nin xəbərinə görə, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Şurasının Bakıda keçirilmiş VII Zirvə Görüşündə çıxışı zamanı deyib.

Türkdilli dövlətlərin ortaq investisiya fondunun da yaradılmasını təklif etdiklərini bildirən Özbəkistan Prezidenti Bakı – Tbilisi – Qars dəmiryolu xəttindən səmərəli istifadənin əhəmiyyətini vurğulayıb.

“Nəqliyyat, loqistika əlaqələrinin inkişafı ölkələr arasında münasibətlərin irəliləməsinə töhfə verəcək, eyni zamanda Özbəkistanın şəhərlərini Avropaya daha da yaxınlaşdıracaq”, - deyə Ş. Mirziyoyev qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...