Ərdoğan iclasda Qarabağı misal gətirdi | Eurasia Diary - ednews.net

14 Noyabr, Cümə axşamı


Ərdoğan iclasda Qarabağı misal gətirdi

Siyasət A- A A+

“Türkiyə əleyhinə kampaniyada ən çox istifadə olunan arqumentlərdən biri də budur – mülki vətəndaşlar qətlə yetirilir”

Eurasia Diary xəbər verir ki, Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının iclasında deyib.

O, Fransa Prezidenti Emmanuel Makrona Ruandada, Əlcəzairdə törədilən qətliamlar barədə xatırlatma verdiyini bildirib.

“Makrona dedim ki, Ruandada, Əlcəzairdə insanlar qətlə yetirən siz deyildiniz?.. İndi isə Suriya məsələsində utanmadan bizi mülki vətəndaşları qətlə yetirməkdə ittiham edənlərə bunu deyirəm”.

Ərdoğan çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə də toxunub:

“Mülki vətəndaşların qətliamı görmək istəsəniz, Suriyada Türkiyənin ayaq basmadığı yerlərə, Əfqanıstana, Qarabağa baxın. Sivillərin qətliamını görmək istəsəniz, aynanın qarşısına keçib tarix boyunca əlinizə bulaşmış günahsız qanlarına baxın”. (modern.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...