"Azərbaycan qəfil hücuma keçə bilər" - Erməni general | Eurasia Diary - ednews.net

15 Noyabr, Cümə


"Azərbaycan qəfil hücuma keçə bilər" - Erməni general

Siyasət A- A A+

Azərbaycan Aprel müharibəsində ön cəbhəyə silahlı qüvvələrinin 20%-ni cəlb etmişdi.

Bunu Ermənistan Baş Qərargahının keçmiş rəisi general-leytenant Norat Ter Qriqoryants deyib.

“Erməni tərəfi komandirlərini, zabitlərini, əsgərlərini itirdi. Bizim tərəfimizdən aradan qaldırılmalı çatışmazlıqlar vardı. Hərbi işdə oxşar məntiq olmalıdır”, – deyə o bildirib.

Onun sözlərinə görə, Azərbaycan yeni hücum üçün uyğun zaman gözləyir:

“Buna görə bizim ordumuz hərbi-siyasi hazırlıqla məşğul olmalı, biliklərini, təcrübəsini təkmilləşdirməlidir. Düşmən hərbi təlimə başlayanda biz hazır olmalıyıq. Belə ki, onlar qəfildən hərbi fəaliyyətə keçə bilərlər. Bir tərəfdən atəş açıb, digər tərəfdən hücum edə bilərlər”. (axar.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...