Azərbaycanda bələdiyyə seçkilərinin tarixi AÇIQLANDI - RƏSMİ | Eurasia Diary - ednews.net

15 Noyabr, Cümə


Azərbaycanda bələdiyyə seçkilərinin tarixi AÇIQLANDI - RƏSMİ

Siyasət A- A A+

Mərkəzi Seçki Komissiyası(MSK) növbəti bələdiyyə seçkiləri ilə bağlı qərar verib.

Eurasia Diary xəbər verir ki, MSK-nın bu gün keçirilən iclasında qəbul olunan qərara əsaən, bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.

Sonra "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı" təsdiq edilib.

Bələdiyyə seçkilərində vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK-nın nəzdində ekspert qrupunun yaradılmasına qərar verilib.

İclasda daha sonra imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrup yaradılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...