"Ərəblərin liqası var, avropalıların ittifaqı var, biz türklərin niyə birliyi olmasın?! Bakıda keçirilən Zirvə toplantısında türk dövlətləri liderlərinin sərgilədiyi həmrəylik, şuraya üzv dövlətlərin aralarında son dövrlər ticarət dövriyyəsinin xeyli artması, ortaq layihələr üzərində əməkdaşlıqların intensivləşməsi ona dəlalət edir ki, Türk Birliyi artıq formalaşmaqdadır".
Bu sözləri ATV Aktual verlişində Türk dövlət başcılarının VII Zirvə toplantısını şərh edərkən Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev qeyd edib.
Xatırladaq ki, Türk Şurasının Zirvə görüşü 15 oktyabr tarixində Bakıda keçirilib.