"Njde Hitlerin yəhudilərin başına gətirdiklərini ermənilərin də türklərə və müsəlmanlara qarşı etməsi ilə bağlı çağırış edib" Rusiyalı tarixçi

Siyasət 15:21 21.10.2019

Bu gün Bakı Dövlət Universitetində (BDU) Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) ilə birlikdə "Qaregin Njde - faşizmin və terrorizmin qəhrəmanlaşdırılması" mövzusunda tədbir keçirilib.

Eurasia Diary Trend-ə istinadən xəbər verir ki, BMTM-in sədri Fərid Şəfiyev bildirib ki, Ermənistanda faşizim, nasizm, terrorizmin qəhrəmanlaşdırılması artıq bir siyasi mədəniyyətə çevrilib: "Burada təkcə Qaregin Njdedən söhbət getmir. Faşizmlə əməkdaşlıq edən bir sıra digər məşhur terrorçular Ermənistanda qəhrəman kimi qələmə verilir".

F.Şəfiyev müxtəlif universitetlərdə belə tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu söyləyib.

BDU-nun rektoru Elçin Babayev deyib ki, Azərbaycan nə qədər çox uğur qazanırsa, onu istəməyənlər, paxıllıq edənlər azğınlaşır.

Onların bunu müxtəlif yollarla həyata keçirməyə çalışdığını deyən rektor bildirib ki, ermənilərə son günlərin ən tutarlı cavabları dalbadal gəldi:

"Ermənilər Soçidə Valday Klubunda aldığı zərbədən özünə gəlməmiş MDB dövlət başçılarının Aşqabaddakı görüşündə yeni zərbə aldılar. Ümumiyyətlə, bütün məsələlərdə naşı olan, küçə taktikasını seçmiş Paşinyan özünü tam gülünc vəziyyətə salır.

Njde sözün həqiqi mənasında faşist olub, quldur dəstəsi yaradaraq kifayət qədər insanın ölümünə səbəb olub.
Ermənistanda Njdeyə heykəlin qoyulması onu göstərir ki, onlar özlərinə qəhrəman tapa bilmir".

Erməni Araşdırmalar Mərkəzinin professoru Qafar Çaxmaqlı bildirib ki, Naxçıvanda anadan olan Njde ömürboyu türk millətinə qarşı vuruşub: "O, 1912-1913-cü illərdə Birinci Dünya Müharibəsində Türkiyəyə qarşı döyüşüb. Müharibədən sonra daşnakların Türkiyəyə qarşı vuruşan dəstələrindən birinə rəhbərlik edib. Bununla yanaşı, Ermənistan Respublikasının ordu quruculuğu məsələləri ilə məşğul olub. Njde 1919-cu ilin sentyabrında daşnak hökuməti tərəfindən Zəngəzura göndərilir. Njdenin bilavasitə rəhbərliyi və göstərişi ilə azərbaycanlılar yaşayan kəndlər yandırılır, əhalisi qətlə yetirilir və öz evlərindən qovulur. Njde, həmçinin Vedibasarda və Göyçə mahalında azərbaycanlı əhaliyə qarşı qırğınlar törədir. Onun dəstələri 1920-ci ildə Azərbaycan Demokratik Respublikasının ordusu ilə döyüşlərdə iştirak edir. Ermənilərin özlərinin yazdığı kitablarda da Njdenin hansı əməllər törətdiyi qeyd olunur".

Q.Çaxmaqlı deyib ki, bu gün "kasıb Ermənistan"ın müstəqillikdən sonra ən böyük büdcəli (7 milyon ABŞ dolları) filmi "milli qəhrəman" Qaregin Njde haqqında çəkilən film olub: "Burada Njde ilk erməni respublikasının (1918-1920) hərbi lideri kimi təqdim edilir, onun 1930-cu illərdə "Tseğakron" (millətçi, xristian və bütpərəst mistizminin irqçi birləşməsi) adlı ideologiya yaratması qabardılır. Filmdə onun Ermənistanı Sovet İttifaqından çıxarmaq üçün Hitlerin erməni legionunun qurulmasında aktiv iştrak etməsi göstərilir. Bütün bunların ardınca Njdeyə heykəlin qoyulması onu göstərir ki, irqçilik və faşizm bu ölkənin dövlət siyasətidir".

Rusiyalı tarixçi, Qafqazşünas alim Oleq Kuznetsov bildirib ki, ermənilər Njdenin bəzi əməllərini şişirdirək onu qəhrəman kimi təqdim edirlər.

Onun sözlərinə görə, ermənilər Njdenin Hitler və faşist Almaniyasının digər rəsmi şəxsləri ilə görüşdüyünü desələr də, bu görüşün olmasını təsdiqləyən heç bir rəsmi sənəd yoxdur: "Erməniləri elə rəhbər şəxslərin heç yaxınına belə buraxmayıblar. Bütün bunlar erməni uydurmasıdır".

O.Kuznetsov əlavə edib ki, bu gün Ermənistanda qəhrəman kimi təqdim olunan Qaregin Njdenin Hitlerin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar, sənədlər var: "Bu sənədlərdə Njde hərəkət etməyi Hitlerdən öyrənməyin lazım olduğunu deyir. Njde Hitlerin yəhudilərin başına gətirdiklərini misal göstərərək, ermənilərin türklərə və müsəlmanlara qarşı eyni hərəkət etməsi ilə bağlı çağırış edib. Bu, onun üçün yeni deyildi, o, dörd müharibədə bu praktikadan uğurla istifadə etmişdi".

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər
16:16 25.04.2024
Hamısı