"Kimisə öldürürlər, kimisə qəbirdə gizlədirlər” - Siyavuş Novruzovdan TV-lərə tənqid | Eurasia Diary - ednews.net

22 Noyabr, Cümə


"Kimisə öldürürlər, kimisə qəbirdə gizlədirlər” - Siyavuş Novruzovdan TV-lərə tənqid

Siyasət A- A A+

“Əvvəllər hər hansı intihar hadisəsi olanda müxalifət iqtidarın üzərinə atırdı ki, ehtiyacdan intihar edib. Sonra məlum olurdu ki, həmin insanın maddi ehtyacı olmayıb. Statistikaya baxsaq, Skandinaviyada intihar Əfqanıstandan daha çoxdur”.

Eurasia Diary xəbər verir ki, bunu Milli Məclisin iclasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov televiziyalarda yayımlanan serialları da tənqid edərək bildirib ki, bəzi verilişlərdə zorakılıq təbliğ olunur:

“Seriallarda kimisə öldürürlər, kimisə qəbirdə gizlədirlər... Azərbaycanda türkçülük, qafqazçılıq, avropaçılıq var. Bu məsələnin üzərində alimlərimiz işləməlidirlər. Bir rayonda bir seriala baxırlar, başlayırlar dəyişib serialdakı kimi danışmağa. Televizyialarda bədii şuralar yaradıldı. Bir çoxlarının beynindən sovet dövründəki kimi Bədii Şura keçirdi ki, kiməsə efirə çıxmağa icazə verməyəcəklər. Düşünmədilər ki, artıq sosial təbəqələr var, burada icazə verməyəcəksən, sosial şəbəkədə verəcəklər. Əsas maarifləndirmə olmalı, maarifləndinmə işləri aparılmalıdır”. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...