Kim Çen müavinini Bakıya göndərdi | Eurasia Diary - ednews.net

15 Noyabr, Cümə


Kim Çen müavinini Bakıya göndərdi

Siyasət A- A A+

Bakıda keçiriləcək Qoşulmama Hərəkatının XVIII zirvə görüşündə iştirak etmək üçün Şimali Koreya Dövlət Şurasının sədr müavini, Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Çoe Ryonq Haenin rəhbərlik etdiyi nümayəndə heyəti Pxenyandan yola düşüb.

Report xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Qeyd edək ki, Şimali Koreya Dövlət Şurasının sədri Kim Çen İndır.

Xatırladaq ki, Qoşulmama Hərəkatının XVIII sammiti oktyabrın 25-26-da Bakıda keçiriləcək. Sammit zamanı təşkilata sədrlik üç il müddətində Azərbaycana keçəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...