Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Şahin Mustafayevin Azərbaycan Respublikasının İqtisadiyyat naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Şahin Abdulla oğlu Mustafayev Azərbaycan Respublikasının İqtisadiyyat naziri vəzifəsindən azad edilib.
Prezidentin digər sərəncamı ilə Ş.A.Mustafayev Azərbaycan Respublikası Baş Nazirinin müavini təyin edilib.