Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilib. İclasın məqsədi istefa verən AMEA prezidenti Akif Əlizadənin yerinə yeni namizədin seçilməsi olub.
Eurasia Diary xəbər verir ki, ümumi səsverməyə əsasən, Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyev AMEA prezidenti seçilib.
Prezident İlham Əliyev isə Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş Ramiz Ənvər oğlu Mehdiyev bu vəzifəyə təsdiq edilsin.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Ramiz Mehdiyev Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının üzvü seçilmişdi.