“İnanırıq ki, Azərbaycanın dövlət başçısı Qoşulmama Hərəkatına sədrliyi dövründə bu beynəlxalq təşkilata müdrikliklə rəhbərlik edəcək”.
Eurasia Diary-nin xəbərinə görə, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşünün debat müzakirələrində Küveyt baş nazirinin müavini və Xarici İşlər başçısı Şeyx Sabah Xalid Al Hamad Al Sabah deyib.
O, Azərbaycan Prezidentinə qonaqpərvərliyə görə təşəkkür edib.
Küveyt rəsmisi bildirib ki, ölkəsi Suriyada münaqişənin həllinin hərbi yolu olmadığına tam əmindir. “Bu münaqişənin sülh yolu ilə BMT-nin qətnamələri çərçivəsində siyasi həlli yolu var. Biz Suriya dövlətinin suverenliyinə qarşı hücumları pisləyirik və bu ölkədə sülhün bərqərar olmasını dəstəkləyirik”, - o deyib.
Şeyx Sabah Xalid Al Hamad Al Sabah Yəməndəki vəziyyətə toxunaraq bildirib ki, onun ölkəsi Yəmənlə bağlı qəbul olunan Stokholm razılaşmasının icrasının tərəfdarıdır.