Musavat icazəsiz piket keçirəcək | Eurasia Diary - ednews.net

7 Dekabr, Şənbə


Musavat icazəsiz piket keçirəcək

Siyasət A- A A+

Musavat Partiyasının noyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyətinin qarşısına təyin etdiyi aksiyaya "yox" cavabı verilib.

Eurasia Diary xəbər verir ki, bu barədə Musavat Partiyasının başqanı Arif Hacılı bildirib.

"Heç bir halda aksiyalarımıza icazə verilmir. Nəinki mitinqimizə, hətta piketimizə də icazə verilmir.

Niyə məhz, Müsavata, niyə hər hansı aksiyaya, niyə hətta piketə də icazə verilmir?

Məncə bu sualın cavabı qərəzsiz olan hər kəsə aydındır. Bundan daha artıq güzəştimiz mümkün deyil".

Arif Hacılı onu da deyib ki, noyabrın 12-də, Bakı Şəhər İcra Hakimiyyəti qarşısında "Konstitusiyaya əməl et", "Sərbəst toplaşma azadlığı təmin edilsin" və digər şüarlarla planlaşdırılan aksiyanı icazəsiz keçirməyə çalışacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...