"Qarabağ konfliktini ABŞ yaratdı" - Qorbaçovun köməkçisindən şok iddia | Eurasia Diary - ednews.net

21 Noyabr, Cümə axşamı


"Qarabağ konfliktini ABŞ yaratdı" - Qorbaçovun köməkçisindən şok iddia

Siyasət A- A A+

Mixail Qorbaçov Dağlıq Qarabağda münaqişənin olmasını istəmirdi.

Eurasia Diary xəbər verir ki, bu sözləri SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovun köməkçisi işləmiş fəlsəfə elmləri doktoru, professor İvan Fyodroviç Feklistov “Yeni Müsavat”a eksklüziv müsahibəsində deyib. O, Qarabağ münaqişəsi ilə bağlı maraqlı məqamlara toxunub:

“Qorbaçov tərəflərin sakitləşməsində maraqlı idi. Buna görə də Dağlıq Qarabağa Volskini (o zaman Dağlıq Qarabağ Muxtar Vilayətində ermənipərəst Arkadi Volskinin başçılığı ilə qeyri-qanuni, birbaşa Moskvaya tabe olan müvəqqəti Xüsusi İdarə Komitəsi yaradılmışdı – red.) göndərdi. Volski tanınmış, çox mədəni insan idi. Volski, məncə, iki ilə yaxın orada fəaliyyət göstərdi, hər iki tərəfi sakitləşdirməyə çalışdı.

Düşünürəm ki, Qarabağ konfliktini ABŞ yaratdı. Amerikalılar SSRİ-ni dağıtmaq üçün belə bir alət tapdılar”.

F.Feklistov müsahibəsində Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu vurğulayıb:

“Qorbaçov bu məsələdə bir cür deyə, başqa cür düşünə, yaxud başqa variantlar üzrə hərəkət edə bilərdi. Mənə elə gəlir ki, bu gün bütün ümidlər Putinədir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...