Talış kəndinə 42 erməni ailəsi qaytarıldı | Eurasia Diary - ednews.net

16 Dekabr, Bazar ertəsi


Talış kəndinə 42 erməni ailəsi qaytarıldı

Siyasət A- A A+
Bu günlərdə 3 il öncə Aprel savaşının ən qaynar nöqtələrindən biri olmuş Tərtər rayonunun işğal altındakı Talış kəndinə onlarla erməni ailəsi köçürülüb. 
 
Eurasia Diary Moderator.az-a istinadən xəbər verir ki, bu haqda Rusiya mediası informasiya yayıb. Xəbərdə deyilir ki, erməni icma rəhbərliyinin noyabrın 8-ə verdiyi məlumata  görə, hazırda kənddə 42  ailə yaşayır. Bundan qabaq həmin ailələr müvəqqəti Alaşan kəndində məskunlaşıblar. Bu ilin avqustunda Talışda cəmi 4 ailə və 20 ailə başçısı yaşayıb.
 
Guya 2016-cı ilin aprelinədək Talışda 125 ailə və ya 600-dək erməni yaşayıb. Aprel savaşından sonra erməni diasporunun dəstəyi ilə kənddə dağılmış binaların bərpası başlayıb. Ermənilərin kəndə geri qaytarılması 2018-ci ilin sentyabrına nəzərdə tutulsa da, bu baş tutmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...