Ermənilər Bakıya GƏLİR - Məqsəd nədir? | Eurasia Diary - ednews.net

9 Dekabr, Bazar ertəsi


Ermənilər Bakıya GƏLİR - Məqsəd nədir?

Siyasət A- A A+

Noyabrın 17-də bir qrup erməni jurnalist Bakıya gələcək. Səfər qarşılıqlı etimad çərçivəsində baş tutacaq.

Eurasia Diary xəbər verir ki, bu barədə Turan-a Riqada keçirilən "Şərq Tərəfdaşlığı Media Konfransı 2019”  tədbiri zamanı kuluarlarda məlum olub.

“Yeni nəsil” jurnalistlər birliyinin sədri Arif Əliyev də virtualaz.org-a xəbəri təsdiqləyib.

Erməni jurnalistlər bəzi dövlət qurumlarına baş çəkəcəklər və ekspertlərlə  görüşəcəklər.

Jurnalistlər arasında səfər mübadiləsi qarşılıqlı etimadın yaradılması üçün humanitar tədbirlər çərçivəsində dövlət başçıları səviyyəsindəki razılaşmalarda nəzərdə tutulub.

Bundan əlavə, həmin tədbirlər çərçivəsində hərbi əsirlərin və həlak olanların cəsədlərinin qarşılıqlı təhvil verilməsi barədə razılaşma da olub.

Bundan sonra azərbaycanlı jurnalistlərin Ermənistana cavab səfərinə gedəcəyi gözlənilir. Məlumata görə noyabrın 18-19-da Azərbaycan jurnalistlərinin bir qrupunun Ermənistana səfəri planlaşdırılır. 

Xatırladaq ki, bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in Baş katibi Tomas Hermingerlə keçirdiyi brifinqdə Qarabağ münaqişəsi tərəflərinin “vəziyyəti bir az yumşaltmaq və etimad atmosferinin yaradılmasını dəstəkləmək üçün” jurnalistlərin qarşılıqlı səfərləri barədə razılıq əldə etdiklərini açıqlamışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...