Almaniya Azərbaycanlıları Alyansından mühacir alverçiləri ilə bağlı BƏYANAT

Siyasət 18:21 14.11.2019

Almaniya Azərbaycanlıları Alyansı bəyanat yayıb. Eurasia Diary-ə daxil olan bəyanatda deyilir:

“Əziz həmvətənlər! Almaniya Federativ Respublikasında (AFR) yaşayan dəyərli soydaşlar! Diqqətinizə çatdırırıq ki, Almaniya Azərbaycanlıları Alyansı (AAD) Azərbaycan Respublikasının həm hökumət, həm də qeyri-hökumət qurumları ilə əməkdaşlıq çərçivəsində, eləcə də Almaniyanın müvafiq institutları ilə əlaqəli formada fəaliyyət göstərən Almaniyada rəsmi qeydiyyatdan kecmiş müstəqil qeyri-hökumət təşkilatıdır. AAD təsis edildiyi gündən AFR-də mövcud olan 30-dan çox diaspor təşkilatlarımızın fəaliyyətini koordinasiya etməklə, siyasi, dini və milli mənsubiyyətindən asılı olmayaraq burada məskunlaşmış bütün azərbaycanlılara dəstək olmağa, onların problemlərini öyrənməyə və bu problemlərin həllində köməklik göstərməyə çalışır. Bu çərçivədə istər siyasi, istərsə də digər əsaslarla Almaniyaya mühacirət etmiş həmvətənlərimizə çətin anlarında tərəfimizdən maddi və mənəvi dəstək göstərilmiş, onların qayğıdan kənar qalmamaları üçün əlimizdən gələni əsirgəməmişik. Fəaliyyətimizdə hər zaman Azərbaycançılıq ideyalarını rəhbər tutmağa, vətənimiz Azərbaycanın nüfuzunu Almaniyada və Avropanın digər ölkələrində yüksəklərə qaldırmağa çalışmış, həmçinin hər bir azərbaycanlının bu yöndə birlikdə səy göstərmələrinin önəmli olduğunu təbliğ etmişik.

Eyni zamanda qeyd etmək lazımdır ki, müşahidələrimizə əsasən, son zamanlar müxtəlif yollarla Almaniyaya gələn və ya müxtəlif işbazlar (mühacir alverçiləri) tərəfindən aldadılaraq buraya gətirilən bəzi soydaşlarımız Almaniyada oturum hüququ əldə etmək və deportasiyadan yayınmaq üçün həmin dələduzlar tərəfindən yüksək dozalı dərman preparatları qəbul etməyə, özlərinə kəsici alətlərlə xəsarət yetirməyə və ya digər bu kimi qeyri-insani addımlar atmağa sövq edilirlər. Bütün bunlar, aydındır ki, həmin dələduzların mühacirlərdən müxtəlif yollarla oturum üçün aldıqları vəsaitləri geri ödəməmək və qeyri-müəyyən müddətə vaxt qazanmaları üçün edilir. Hər kəs bilməlidir ki, Almaniyada qalmaq üçün bu kimi Azərbaycan vətəndaşına yaraşmayan qeyri-insani addımların AFR-də oturum hüququnun əldə edilməsi prosesinə heç bir faydası yoxdur və bu hallar yolverilməzdir. Almaniya qanunveriçiliyinə əsasən, bu kimi hallar presedent ola bilməz. Özlərinə xəsarət yetirən həmvətənlərin müvafiq tibbi müayinədən sonra dərhal deport edildikləri müşahidə olunur. Ümid edirik ki, Almaniya və Azərbaycan hüquq-mühafizə orqanları həmvətənlərimizi bu hərəkətlərə sövq edən cinayətkarların layiqli cəza almalarını təmin edəcək.

Bunlarla yanaşı, həmin mühacir alverçiləri tərəfindən Almaniyaya qeyri-leqal yollarla gətirilən azərbaycanlıların oturum almaq üçün qeyri-peşəkar siyasi fəaliyyətə də cəlb edildikləri müşahidə edilməkdədir. Bu şəxslər aldadaraq gətirdikləri həmvətənlərimizi özlərinin Almaniyada təsis etdikləri siyasi təşkilatlara üzv etməklə, onları heç bir hüquqi statusu olmayan üzvlük vəsiqələri, saxta sənədlər və "dəstək" məktubları ilə təmin edir, vətəndaşlarımıza bu sənədlərlə Almaniyada oturum ala biləcəklərinə dair yalan informasiya verirlər.

Eyni zamanda, həmin şəxslər həmvətənlərimizi özlərinin Azərbaycan dövlətinə qarşı təşkil etdikləri etiraz aksiyalarında iştirak etməyə səsləyir, həmin aksiyalarda çəkilən fotoşəkillərin guya oturum alınması prosesinə töhfə verdiyini bildirirlər. Nəzərinizə çatdırırıq ki, Almaniya tərəfinin artıq bu kimi aksiyalarda, xüsusən Azərbaycan səfirliklərinin qarşısında təşkil edilən siyasi motivli aksiyalarda iştirak edən soydaşlarımızın oturum işlərinə mənfi cavab verdiyi müşahidə edilir. Almaniyanın Miqrantlar və Qaçqınlar üzrə Federal Agentliyinin (BAMF) mühacirlərimizin işləri ilə bağlı verdiyi qərarlarda qeyd olunan məqamlar söylədiklərimizin əyani sübutudur. Sosial şəbəkələrdə də bu məqamlarla bağlı xeyli informasiyaya rast gələ bilərsiniz.

Əziz azərbaycanlılar! Bu məlumatları Sizlərin diqqətinə çatdırmağı özümüzə borc bilirik və Sizlərdən özünüzü bu kimi dələduzlardan uzaq durmağa, onların qanunsuz "biznes"lərinin qurbanlarına çevrilməməyə səsləyirik. Almaniyada və Avropada oturum almağın yeganə yolu yerli cəmiyyətlərə inteqrasiya olunmaqdan keçir. Yaxın gələcəkdə Almaniya Azərbaycanlıları Alyansı olaraq tərəfimizdən təmənnasız qaydada vətəndaşlarımız üçün maarifləndirici tədbirlər təşkil ediləcəkdir. Unutmayın ki, Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyi siyasi, dini və milli mənsubiyyətindən asılı olmayaraq, bu ölkədə yaşayan hər bir azərbaycanlının evidir və səfirliyin önündə ucalan üç rəngli Bayrağımız hər birimizin namusu və qürur mənbəyimizdir”.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı