"Qarabağ hansı yollasa həll edilsin, rahat yaşayaq..." - Manukyan | Eurasia Diary - ednews.net

15 Dekabr,


"Qarabağ hansı yollasa həll edilsin, rahat yaşayaq..." - Manukyan

Siyasət A- A A+

Ermənistan və “Qarabağ liderləri” arasında kifayət qədər ağır münasibətlər formalaşıb və “qoy hansısa yolla Qarabağ məsələsi həll edilsin, rahat yaşamağa başlayaq” düşüncəsinin olmasıyla bağlı təəssürat yaranır.

Eurasia Diary xəbər verir ki, bunu Ermənistanın “Vernatun” ictimai-siyasi klubunun forumunda çıxışı zamanı onun təsisçisi Vazgen Manukyan söyləyib.

“Qərar “Ermənistan, Qarabağ və Azərbaycanı qane etməlidir” təklifini ilk dəfə Qorbaçov səsləndirib. Sonra çox sürətli şəkildə anladı ki, problem burada gizlənmir. Bəli, altında heç bir siyasi və milli fikir olmayan çox gözəl təklifdir. Ermənistan və Qarabağ nə istədiyini anlamalıdır”,- deyə o bildirib.(axar.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...