Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deputat həmkarı Tahir Kərimlinin hərbi xərclərin azalacağı ilə bağlı fikrinə münasibət bildirib.
Eurasia Diary oxu.az-a istinadən xəbər verir ki, Deputat açıqlamasında deyib ki, əgər hərbi xərclərdə azalma nəzərdə tutulursa, o da Tahir Kərimli kimi buna etiraz edərdi.
T.Kərimli Milli Məclisin iclasında 2020-ci ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı Azərbaycanda 2023-cü ilə qədər hərbi xərclərin 1,1 milyard manat azalmasının proqnozlaşdırıldığını deyib və buna etiraz edib.