Britaniya qurumu hesabat verdi - Azərbaycan önə çıxdı | Eurasia Diary - ednews.net

13 Dekabr, Cümə


Britaniya qurumu hesabat verdi - Azərbaycan önə çıxdı

Siyasət A- A A+

Azərbaycan terrorizm səviyyəsi ən aşağı olan ölkələr siyahısına daxil edilib.

Eurasia Diary xəbər verir ki, bu barədə məlumat Britaniyanın İqtisadiyyat və Sülh İnstitutunun hesabatında yer alıb. Siyahıda Azərbaycan 103-cü yerdə qərarlaşıb. Azərbaycan bu göstərici ilə qonşularını üstələyib.

Qonşularımız arasında ən pis vəziyyət Türkiyə ilə bağlı qeydə alınıb. Belə ki, Türkiyə siyahıda 16-cı yerdə qərarlaşıb. Rusiya 37-ci, İran 39-cu, Gürcüstan 90-cı, Ermənistan 94-cü yerdə qərarlaşıb.

Hesabatda terrorizm səviyyəsinin ən yüksək olduğu ölkələr Əfqanıstan, İraq, Nigeriya və Suriya olub. Ən təhlükəsiz ölkələr sırasında isə Belarus, Mavritaniya, Monqolustan, Rumıniya, Xorvatiya, Kuba, Sinqapur, Şimali Koreya yer alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...