“Dağlıq Qarabağ ermənilərin son arzusu deyil” - Fərid Şəfiyev | Eurasia Diary - ednews.net

16 Dekabr, Bazar ertəsi


“Dağlıq Qarabağ ermənilərin son arzusu deyil” - Fərid Şəfiyev

Siyasət A- A A+

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyevin iştirakı ilə Ankara Hacı Bayram Veli Universitetində tələbələr və müəllim heyəti üçün “Ermənilərin türklərə qarşı nifrətinin günümüzdə əks olunması: 27 illik işğal altındakı Azərbaycan torpaqları” adlı müzakirələr keçirilib.

Eurasia Diary xəbər verir ki, Mərkəzin sədri Fərid Şəfiyev çıxışı zamanı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması üçün Türkiyə və Azərbaycanın birgə işləməsinin vacibliyini vurğulayıb: "Ermənilərin 1915-ci il olaylarını qabartmasın arxasında da Türkiyəyə qarşı ərazi iddiaları durur. Dağlıq Qarabağ onların son arzusu deyil. Bunların qarşısını almaq üçün addımlar atmaq lazımdır". 

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev çıxışı zamanı icma barədə məlumat verib və bildirib ki, icma Azərbaycanın işğal olunmuş ərazilərindən didərgin düşmüş 80 mindən çox üzvü özündə birləşdirir. O, münaqişənin tarixindən danışaraq işğalla yanaşı bu gün həmin ərazilərdə Azərbaycan irsinə məxsus abidələrin ya məhv edildiyini, ya da saxtalaşdırıldığını əlavə edib.

Türkiyəli tarixçi Kəmal Çiçek çıxışında ermənilərin Qafqaza köçürülməsi siyasətindən danışıb və bildirib ki, 19-cu əsrin əvvəlləri ilə müqayisədə 20-ci əsrin əvvəllərində bu bölgələrə bir milyona yaxın erməni köçürülüb. O məsələnin tarixi baxımdan araşdırılmasının vacibliyini qeyd edib. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...