Türk Silahlı Qüvvələrinin sabiq Baş Qərargah Rəisi, Ordu generalı Yaşar Büyükanıt vəfat edib.
Böyükanıt həyat yoldaşı Filiz Büyükanıtın vəfatından 4 gün sonra, 79 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Y.Böyükanıt Azərbaycana xüsusi məhəbbəti olan türk generallardan biri idi. O dəfələrlə Türk və Azərbaycan mətbuatına verdiyi açıqlamalarda "Azərbaycan bizim canımız, qardaşımız" - deyər, Qarabağ məsələsində Azərbaycan xalqına dəstəyini ifadə edərdi.
Allah rəhmət eləsin...