Siyasi meydanda yenidən fəallaşan Ermənistanın keçmiş terrorçu eks-prezidenti, Respublikaçılar Partiyasının sədri Serjik Sərkisyan bir daha Azərbaycana qarşı həyasız çıxışıyla gündəmə gəlib.
Moderator.az xəbər verir ki, işğalçı ölkənin keçmiş başçısı Avropa Xalq Partiyasının Xorvatiyada keçirilən iclasındakı çıxışı zamanı özünün Azərbaycan torpaqlarının işğalında iştirakını bir daha etiraf edərək belə deyib:
“Qarabağın(S.Sərkisyan “Artsax” adlandırır-S.L.) özünümüdafiə prosesində şəxsən iştirak edən bir insan kimi barışın qiymətini də yaxşı bilirəm. Bu baxımdan istənilən, hətta ən pis danışıqlar müharibədən daha yaxşıdır. ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçilik səylərinin beynəlxalq ictimaiyyətin mübahisəsiz dəstəyini almağa davam etməsi çox vacibdir.Təəssüf ki, Azərbaycanın silahlanmaqda necə davam etdiyini və Qarabağı və Ermənistanı təhdid etdiyinin şahidi oluruq. İstəyirəm ki, mesajım Bakıda yenidən eşidilsin: “Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq və bu problemin hərbi həlli yoxdur...”