“Beynəlxalq Qızıl Xaç Komitəsindən artıq heç nə soruşmuram, onsuz da...” | Eurasia Diary - ednews.net

16 Dekabr, Bazar ertəsi


“Beynəlxalq Qızıl Xaç Komitəsindən artıq heç nə soruşmuram, onsuz da...”

Siyasət A- A A+

“Özümüz də nigaranıq, bu nə qədər belə davam edəcək, bilmirəm...”

Eurasia Diary xəbər verir ki, bunu moderator.az-a açıqlamasında erməni girovluğunda saxlanılan Şahbaz Quliyevin qardaşı İlham Quliyev deyib. İ.Quliyev qardaşından çox nigaran olduqlarını bildirib:

“Şahbazla bağlı nə xəbər eşidirəmsə, onu da sizin kimi televiziyadan və ya mediadan öyrənirəm. Başqa heç bir məlumatımız yoxdur. Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrindən artıq heç nə soruşmuram. Onsuz da bizə heç bir şey təqdim etmirlər, ancaq şifahi məlumat verirlər. Özümüz isə çox nigaranıq, bu nə qədər belə davam edəcək, bilmirəm. İki il öncə gördüyüm şəkillərində isə Şahbaz tanınmaz hala düşmdüşdü, arıqlamışdı”.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən erməni hərbçiləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti ermənilərdən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Noyabrın 15-də isə BQXK nümayəndələri yenidən girovlara baş çəkib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...