Tələbə qızın qəribə reaksiyası Kılıçdaroğlunu kölgədə qoydu - VİDEO | Eurasia Diary - ednews.net

10 Dekabr, Çərşənbə axşamı


Tələbə qızın qəribə reaksiyası Kılıçdaroğlunu kölgədə qoydu - VİDEO

Siyasət A- A A+

Türkiyənin ana müxalifəti Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun qızların təhsil aldığı Atatürk Yüksək Təhsil Yurdunun açılışında iştirakı zamanı bir məqam müzakirələrə səbəb olub.

Eurasia Diary-nin məlumatına görə, K.Kılıçdaroğlu çıxışı zamanı “Görəcəksiniz, bəyəfəndini (Prezident Rəcəb Tayyib Ərdoğanı nəzərdə tutur) hakimiyyətdən endirəcəyik” deyib.

“Biz yerli idarəetmələrdə müvəffəqiyyət qazandıq. Sıra ikinci mərhələyə gəlib. İkinci mərhələdə də görəcəksiniz, biz bəyəfəndini aşağı endirəcəyik. Bunu hamımız bərabər şəkildə edəcəyik”.

K.Kılıçdaroğlu bu ifadəni işlədən zaman onun arxasında dayanan tələbə xanımın mimikası sosial şəbəkələrdə gündəm yaradıb.

Belə ki, qızın üz ifadəsi tez-tez dəyişib. (oxu.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...