"Qriboyedovu seçən, sadəcə, axmaqdır" Modest Kolerov

Siyasət 13:41 04.12.2019

Dekabrın 2-də Yerevanda nasizm əlaltısı Qareqin Njdenin tərəfdarı “Tseqakron” Partiyasının nümayəndəsi Şaqen Arutyunyan rus diplomat, şair, dramaturq və bəstəkar Aleksandr Qriboyedovun abidəsinə boya töküb.

Media.az xəbər verir ki, bir çox erməni nəşrləri gəncin bu hərəkətini tənqid etsələr də, bununla belə, ona haqq qazandırmağa çalışdı. Guya Qriboyedovun abidəsinə Rusiyanın Armavir bölgəsində Qaregin Njdenin xatirə lövhəsinə münasibətdə eyni hərəkətin edilməsinə cavab olaraq boya tökülüb.

“İnfoteka24” erməni saytı yazır ki, bu növ bir cavab üçün obyekt düzgün seçilməyib – Qriboyedov erməni xalqının dostu olub, məhz onun səyləri nəticəsində ermənilərin ilk repatriasiyası həyata keçirilib və 40 min erməni İrandan “Şərqi Ermənistan”a köçürülüb.

Bəzi Yerevan sakinləri Qriboyedovun abidəsinin təhqir edilməsinin nəticəsinin nə olacağını bilərək abidəni boyadan təmizləməklə vəziyyəti cəld şəkildə düzəltməyə çalışdılar. Bəs bunlar erməni KİV-ə necə düşdü? Onlar sualla çıxış etdilər: Rusiya ictimaiyyəti və hüquq-mühafizə orqanları “erməni nümunəsi”ni (abidənin təmizlənməsi – red.) izləyəcək? Qaregin Njdenin Armavirdəki xatirə lövhəsini bərpa edəcəklər?

Suallar əslində heyrətləndiricidir. Armavirdə nasizm əlaltısının xatirə lövhəsi söküldü, Yerevanda isə ermənilərin əslində dua etməli olduqları rus diplomat və şair Aleksandr Qriboyedovun abidəsi təhqir edildi.

Qeyd etməliyik ki, Qaregin Njde əsl erməni qəhrəmanı olub. O qədər ki, ideologiya ilə sərxoş olan gənc insanlar Qriboyedovun abidəsini təhqir etməyə belə hazırdılar. Kimsə Şaqen Arutyunyanın tövbə edəcəyini düşünürsə, bu böyük səhv olar. O, sadəcə anlamırdı və anlamır ki, hansı abidəni təhqir edib. Əsas odur ki, hansısa rus olsun, vəssalam.

Yeri gəlmişkən Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə birbaşa olaraq Qaregin Njdeni vurğulamaqla nasizm tərəfdarlarının qəhrəmanlaşdırılmasının yolverilməzliyi müzakirələrinin başlamasından sonra Ermənistanda “Sasna Çrer” ümumerməni hərəkatının təşəbbüsü ilə nəşr olunan faşist əlaltısını “Oğulların atalara qarşı mübarizəsi” “əsər”inin təqdimatı oldu.

Ermənistanda indi narahatdırlar ki, erməni aktivistin etdikləri Rusiya KİV-də ermənilərə qarşı materialların dərc olunmasına səbəb olacaq.

“Azərbaycanlı jurnalist bu barədə Zaxarovadan soruşacaq ( Rusiya XİN sözçüsü – red.), o isə bunun “vandalizm aktı” olduğunu söyləyəcək. Bəs elə deyil ki? “Realist” informasiya agentliyinin baş redaktoru Rusiya vətəndaşı Sərkis Çaturyan Qaregin Njdeyə qarşı çıxanlarla bağlı mühakimə tələb edə bilər, digərlərinə qarşı yox? Sərkis Çaturyan faşizm əlaltısının xatirə abidəsinin rənglənməsi vandallıq aktı adlandırır, Yerevanda isə Qriboyedovun abidəsi təhqir olunur.

Rusiyalı ictimai xadimi, tarix elmləri namizədi, “Regnum” agentliyinin baş redaktoru Modest Kolerov Media.Az-a verdiyi müsahibədə qeyd edib ki, Qaregin Njde, ehtimal ki, Serj Sərkisyan (Ermənistanın keçmiş prezidenti) və Baş nazir Nikol Paşinyan arasında konsensusun olduğu bir məqamdır.

Məsələ burasındadır ki, Qaraqin Njdenin Ermənistanın milli qəhrəmanı kimi şöhrətlənməsi məhz Respublika Partiyasının hakimiyyəti dövründə başladı. 2016-cı ilin mayında isə Qaregin Njdeyə abidə qoyuldu.

“Paşinyanın Serj Sərkisyanın irsindən uzaqlaşmaq üçün kifayət qədər şansı vardı. Ancaq o, bunu etmədi. İndi siyasi mübarizə məntiqinə əsasən Qaregin Njde adı ətrafında mübarizənin şiddətlənəcəyini gözləməliyik”, - Modest Kolerov bildirib.

Müsahibin sözlərinə görə, siyasi nöqteyi nəzərdən Prezident İlham Əliyevin Qaregin Njdeninin təriflənməsini tənqid etmək gedişi uğurlu oldu. Nikol Paşinyan isə Njdenin “ekspromt” müdafiəsindən istifadə etmək istədi. Əgər erməni baş nazir bu məsələyə hazır olsaydı, yaxşı olardı ki, cavab versin, bəlkə də, kontrarqumentlər irəli sürsün. İndi isə şiddətlənmə artmağa davam edəcək.

- Erməni KİV yazır ki, Qriboyedovun abidəsi artıq təmizlənib, indi sıra Rusiyadadır. İrəvanda Qaregin Njdenin Armavirdəki abidəsinin bərpasını gözləyirlər.

- Bu, olmayacaq. Xatirə lövhəsi kilsənin ərazisinə qoyulsa da, faşistlərin və onların yoldaşlarının hərəkətlərini tərifləməyi qadağan edən Rusiyanın mövcud qanunvericiliyinə ziddir.

- Bəs nə üçün təhqir üçün Qriboyedov seçildi?

- Düşünürəm ki, Qriboyedovu seçən, sadəcə, axmaqdır. Çünki Qriboyedov erməni xalqı üçün çox şey edib.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Hamısı