Prezident yeni təyin olunan icra başçısından danışdı: - "Eşitmişəm ki..." - VİDEO | Eurasia Diary - ednews.net

24 Yanvar, Cümə


Prezident yeni təyin olunan icra başçısından danışdı: - "Eşitmişəm ki..." - VİDEO

Siyasət A- A A+

Dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonunda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 mənzilli yaşayış binasında yaradılmış şəraitlə tanış olub.

Eurasia Diary xəbər verir ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov dövlət başçısına aparılan tikinti və təmir işləri barədə məlumat verdi.

Prezident İlham Əliyev Fərdar Həsənovun mənzilində yaradılan şəraitlə maraqlandı.

Dövlət başçısı çay süfrəsi arxasında Fərdar Həsənov və anası Xuraman Həsənova ilə söhbət etdi.

Prezident İlham Əliyev Şamaxıya yeni təyin olunan icra başçısıdan danışıb:

"Şamaxıya yeni icra başçısı təyin etmişəm, eşitmişəm ki, vətəndaşlar onu yaxşı qəbul edir, çox fəal işləyir. Biz gərək gənc kadrlara üstünlük verək. Bu gün “ASAN xidmət”in açılışında idim. İndi gedib baxarsınız, elə bil saraydır. Orada bütün xidmətlər avtomatik olacaq, daha o arayış sənin, bu arayış mənim yox. Gəldin, nömrəni götürdün, səni heç kim incitməyəcək. Bütün uşaqlar da gülərüzdür".(baku.ws)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...