Bələdiyyə sədrinin bütün ailə üzvləri namizəd oldu - Siyahıdan çıxardılar - Foto | Eurasia Diary - ednews.net

19 Sentyabr, Şənbə


Bələdiyyə sədrinin bütün ailə üzvləri namizəd oldu - Siyahıdan çıxardılar - Foto

Siyasət A- A A+

Bakıda bələdiyyə sədri 8 ailə üzvünün namizədliyini geri götürüb.

Eurasia Diary-nin bakupost-a istinadən verdiyi xəbərə görə, bir müddət öncə sosial şəbəkələrdə Suraxanı rayonu, Əmircan qəsəbəsinin bələdiyyə sədri Rafael Cəbrayılovun özü, qızı, oğlu, iki bacısı, iki qardaşı və iki yaxın qohumundan ibarət 8 nəfərin namizədliyini irəli sürməsi barədə məlumat yayılmışdı.
 
Bu gün həmin bələdiyyəyə namizədliyini irəli sürmüş Famil İbrahimov məlumat paylaşaraq artıq bələdiyyə sədrinin geri çəkildiyini bildirib. Belə ki, Mərkəzi Seçki Komissiyasının saytında namizədlər siyahısında R.Cəfərov və yaxınlarının adları silinib, onlar namizədliklərini geri götürüblər.
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...