İlham Əliyev Qazaxıstanın dövlət başçısını təbrik edib | Eurasia Diary - ednews.net

23 Yanvar, Cümə axşamı


İlham Əliyev Qazaxıstanın dövlət başçısını təbrik edib

Siyasət A- A A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb. 

Eurasia Diary-nin məlumatına görə, təbrik mətnində deyilir: 

"Hörmətli Kasım-Jomart Kemeleviç,

Qazaxıstan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Qardaş Qazaxıstan müstəqillik illərində dinamik və hərtərəfli inkişaf yolu keçərək həyatın bütün sahələrində mühüm nailiyyətlər əldə etmiş, beynəlxalq aləmdə yüksək nüfuz qazanmışdır.

Əminəm ki, xalqlarımızın iradəsindən qaynaqlanan dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi, strateji tərəfdaşlığımız bundan sonra da əməkdaşlığımızın bütün sahələrdə müvəffəqiyyətlə davam etdirilməsi üçün geniş imkanlar açacaqdır.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...