Səhiyyə Nazirliyi Qusar rayon Mərkəzi Xəstəxanasında həkimin vətəndaşdan rüşvət alması ilə bağlı yayılan videoya münasibət bildirib.
Eurasia Diary-nin məlumatına görə, Nazirlikdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılıb.
“Həkimə 3 manat pul verilib. Pul verən ilə videonu çəkən ayrı-ayrı şəxslərdir. Pul verən şəxs həkimdən şikayətçi olmayıb. Buna baxmayaraq daxili araşdırmalar aparılır və həkim barəsində müvafiq tədbirlər görüləcək”, nazirlikdən bildirilib.