Şuşadakı Gövhərağa məscidinə “fars məscidi” adı verən İran arxitektorları kimdir …

Siyasət 16:49 07.01.2020

Xəbər verildiyi kimi ötən ilin sonlarında erməni işğalçıları Şuşadakı məşhur Gövhərağa məscidini “fars məscidi” kimi restavrasiya edib işə salıblar. Və işğal altındakı Azərbaycan ərazilərinə gələn xarici turistlərə məscidi “fars məscidi” kimi təqdim edib guya bu torpaqlarda müsəlman irsinə hörmət bəslədiklərini təbliğ edirlər.

EurasiaNet.org saytının şərhçisi Coşua Kuçera bu mövzunu araşdırıb. Müəllif qeyd edir ki, 1880-ci illərdə Şuşada, o zaman Dağlıq Qarabağın ən iri şəhərində tikilmiş bu məscidin ermənilər tərəfindən restavrasiya edilməsi hər iki tərəfdə entuziazmla qarşılanmayıb.  İndi Gövhərağa məscidi işğal altındakı Azərbaycan ərazilərində, tamamilə xristianların yaşadığı bu torpaqlarda ilk müsəlman abidəsi kimi turizm obyektinə çevrilib.

Ermənilər beş ildir ki, məscidin restavrasiyasını həyata keçirirdilər və ötən ilin oktyabr ayında onun “rəsmi açılışı” olub. Qondarma Qarabağ hakimiyyəti bu yolla turistləri, o cümlədən iranlı turistləri Şuşaya cəlb etməyə çalışır.

Eurasianet.org saytının müxbiri Şuşaya baş çəkib və orada qanunsuz məskunlaşmış ermənilərlə söhbətləşib. Məlum olub ki, şəhərdə yaşayan ermənilər məscidin bərpasına və yenidən açılmasına birmənalı yanaşmırlar. “Bunu məmurlar istəyib, insanlar yox. İnsanlar hesab edirlər ki, əgər burada məscid varsa o zaman bir çox illərdən sonra müsəlmanlar hesab edəcək ki, Şuşa onların torpağıdır”,-məscidin yanında dayanmış yük maşınının kuzovundan meyvə satan Artur Poqosyan adlı erməni deyib.

“Şəxsən bu bina tarixi abidə kimi mənim xoşuma gəlir. Amma məscid kimi…”,-Şuşadakı məktəblərdən birində müəllim işləyən Nune Akopyan bildirib. Bir az tərəddüd edəndən sonra fikrini tamamlayıb: “Bura xristian torpağıdır”.

Müəllif qeyd edir ki, məscid tikiləndə Şuşanın əhalisi qarışıq idi, həm azərbaycanlılar, həm ermənilər yaşayırdı. Lakin XX əsrin əvvəllərindən iki icma arasında münaqişə dərinləşib, ermənilər Şuşada tədricən azalıb. Şuşa azərbaycanlı şəhərinə çevrilib. İndi isə bunun tərsi baş verir, bir neçə dağılmış tarixi abidədən başqa Şuşada azərbaycanlıların yaşadığını təsdiq edən əlamət qalmayıb. Şəhərdə məskunlaşan ermənilərin sayı isə ildən ilə artır.

“Bu gün Şuşada müsəlman yoxdur. Lakin ənənəvi müsəlman arxitekturasının bir çox gözəl nümunələri var ki, onlar Şuşanın erməni arxitektur stili ilə harmonik şəkildə çuğlaşır”,-məscidin qarşısındakı stenddə turistlər üçün qoyulmuş broşürada belə deyilir.

Xatırladılır ki, rəsmi Bakı məscidin “fars tarixi abidəsi” kimi restavrasiya edilməsini işğal altındakı mədəni irsin məhv edilməsinə yönəlmiş addım kimi qiymətləndirib. Dağlıq Qarabağdakı qondarma rejimin “mədəniyyət nazirliyindən” Artak Qriqoryan isə deyib ki, məscidin “fars məscidi” kimi müəyyən edilməsi qərarı onun restavrasiyası ilə məşğul olan İran arxitektorları tərəfindən qəbul edilib. Lakin həmin arxitektorlarla əlaqə saxlamaq mümkün olmayıb. (virtualaz.org)

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib
09:00 19.05.2024
Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Hamısı